Monitorinq keçirildi

17 mart 2022-ci il tarixində Pedaqoji fakültədə dos.A.Quliyevin rəhbərliyi ilə monitorinq üzvləri fakültədə cədvəl üzrə keçirilən dərslərdə iştirak etdilər. Nəticə fakültədə müzakirə olundu və monitorinq üzvləri tərəfindən müvafiq tövsiyələr verildi.

“Ariya, romans və mahnının müşayiəti üzərində iş” mövzusunda açıq dərs keçirildi

17 mart 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Rəşidə Məmmədovanın “Konsertmeyster sinifi və ansambl-1” fənnindən “Ariya, romans və mahnının müşayiəti üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Aygün Fərəcova ilə fərdi məşğələ şəklində açıq dərsi keçirilmişdir.

ELMİ ŞURA

15.03.2022-ci il tarixində Pedaqoji fakültədə Elmi şura keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur:  2021-2022-ci tədris ilinin payız imtahan sessiyasının yekunu və qarşıda duran vəzifələr – Fakültə dekanı. Akademik borcların ödənilməsinin təşkili – Tyutorlar. Cari məsələ.

Gəncə “Psixologiya 2022”

13 mart 2022-ci ildə Məhsəti Gəncəvi mərkəzində Gəncə “Psixologiya 2022” adlı konfrans keçirilmişdir. Konfransda Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri dos. Z.Cavadovanın təşəbbüsü ilə kafedranın professor-müəllim heyəti, “Psixologiya” və “TSPX” ixtisasının tələbələri də yaxından iştrak etmişlər. Konfransda sosial-psixoloji problemlə bağlı mövzular geniş müzakirə olunmuş və ixtisas qruplarında təhsil alan tələbələrimizin böyük marağına səbəb olmuşdur…

“Qammalar. İnvensiya və etüd (not mətni üzərində iş) mövzusunda açıq dərs

01 mart 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Qəsirə Tofiq qızı Məmmədovanın “Əsas musiqi aləti (fortepiano)-2” fənnindən “Qammalar. İnvensiya və etüd (not mətni üzərində iş) mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Pənahova Türkan Elmir qızı ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Qammalar. Sonatanın II, III hissələri və pyeslər (not mətni üzərində iş)” mövzusunda açıq dərs dinlənilmişdir

24 fevral 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Ülviyyə Elbrus qızı Quliyevanın “Əsas musiqi aləti (fortepiano)-4” fənnindən “Qammalar. Sonatanın II, III hissələri və pyeslər (not mətni üzərində iş)” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Qurbanova Məryəm Şirzad qızı ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

XOCALI SOYQIRIMI

22.02.2022-ci ildə GDU-nun Pedaqoji fakültəsinin təşkilatçılığı ilə “Xocalı soyqırımı”nın 30-cu il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə fakültə Humanitar məsələlər üzrə prorektor G.Fətəliyeva və Psixologiya kafedrasının müdiri dos Z.Cavadova çıxış etdikdən sonra söz fakültə tələbələrinə verilmişdir. Tələbələr Xocalı souqırımına, şəhidlərimizə, Vətənə həsr olunmuş şeirlər söyləmiş, maraqlı çıxışlar etmişlər.

“Bullinqə yox deyək” mövzusunda psixoloji maarifləndirmə tədbiri keçirildi

GDU-nun Pedaqoji fakültəsinin TSPX və Psixologiya ixtisaslarının IV kurs tələbələri M.Füzuli adına 22 saylı orta məktəbdə pedaqoji təcrübə keçirlər. 22.02.2022-ci il tarixində məktəb psixoloqu C.Tağıyevin təşkilatcılığı və təcrübəçi tələbələrin iştrakı ilə “Bullinqə yox deyək” mövzusunda psixoloji maarifləndirmə tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru A.Kərimov, direktor müavini N.Şükürova, pedaqoji təcrübə rəhbərləri b/m P.Məmmədova, b/m L.Həsənova, müəllim-şagird kollektivi

Daha ətraflı

Elmi şura

11.02.2022-ci il tarixində Pedaqoji fakültədə Elmi şura keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur:  Dövlət imtahanına düşən fənlərin təsdiqi – b/m İ.Haqverdiyev Müsabiqə üzrə müəllim seçkisi. Cari məsələ.

ELMİ ŞURA

04.02.2022-ci il tarixində Pedaqoji fakültədə Elmi şura keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur:  Fakültə Elmi Şurasının 2021/2022-ci tədris ilinin II yarsı üçün iş planının təsdiqi – Elmi katib. Fakültənin ixtisas auditoriyasına şəhid məzunlar: E.Abdullayevin və N.Atayevin adlarının verilməsi haqqında. Müsabiqə üzrə müəllim seçkisi – b/m İ.Haqverdiyev Cari məsələ.