Tədrisin təşkili və təlim texnologiyalari üzrə dekan müavini

????????????????????????????????????

Haqverdiyev İlqar Arif oğlu

1964-cü ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1970 – ci ildə  6 saylı orta məktəbin 1-ci sinfinə qəbul olub,     1980 – ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1980 – 81 – ci illər ərzində Dəmiryol tikinti idarəsində fəhlə işləyib. İdmanla məşğul olub. Həndbol idman növü  üzrə I  dərəcəli idmançıdır və Respublika dərəcəli hakimdir. 1981 – ci ildə Qazaxstan Dövlət Bədən tərbiyəsi institutuna qəbul olub. 1982-1984 – cü illərdə hərbi xidmətdə olub. 1984 – cü ildən Qazaxstan Dövlət Bədən tərbiyəsi institutunun kütləvi idman işləri və Turizm fakültəsinə köçürülüb və 1987 – ci ildə həmin institutu müvəffəqiyyətlə bitirib.

Azərbaycana döndükdən sonra 1987-1991 – ci illər ərzində “Lokomotiv” idman cəmiyyətində məşqçi, xüsusiləşmiş futbol məktəbinin müdir müavini, kompleks idman məktəbinin direktoru, 1991-1993 – cü illərdə Lokomotiv idman cəmiyyətinin sədri vəzifəsində çalışıb. 1993 – cü ildən 30 saylı orta məktəbdə idman rəhbəri, daha sonra 22-saylı orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini işləyib. 1997-ci ildə Gəncə Dövlət Universitetinin  bədən tərbiyəsi və idman kafedrasında şöbə müdiri, 1999 – cu ildən kafedrada idman müəllimi, baş müəllim,  2009 – cu ildən isə Pedaqoji fakültənin tərbiyə işləri üzrə dekan müavini və 2011 – ci ildə Pedaqoji fakültənin tədris işləri üzrə dekan müavini işləyir.

İşlədiyi müddət ərzində universitetin elmi məcmuələr kitabında 10-yaxın elmi məqalələrin müəllifidir. Kafedrada daima elmi tədqiqat işləri ilə məşğuldur.

2000 – ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2006-2012 – ci illərdə universitetin ərazi ilk partiya təşkilatının sədr müavini olub.

Ailəlidir, iki oğlu və bir qız övladı var.