“MUSİQİ FƏNLƏRİ” KAFEDRASI
Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrası 1991-ci ildən pedaqoji fakültənin tabeçiliyində fəaliyyət göstərir.
Kafedraya Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Dissertasiya Şurasının üzvü, sənətşünaslıq elmləri doktoru, professor Sevda Firuddin qızı Qurbanəliyeva rəhbərlik edir.
Kafedrada ali təhsilin bakalavr pilləsində “Musiqi müəllimliyi” (I, II, III, IV k.), “Məktəbəqədər təlim və tərbiyə” (IV k.), “İbtidai sinif müəllimliyi” (III k.) ixtisasları üzrə əyani şöbədə təhsil alan tələbələrə, “Musiqi müəllimiyi” ixtisası “Musiqi fənninin tədrisi me-todikası və metodologiyası” ixtisaslaşması üzrə magistratura səviyyəsində (I, II k.) tələbələrə tədris planlarına müvafiq olaraq musiqi fənləri tədris olunur, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənmsənilməsi təmin edilir.
Kafedrada zəngin iş təcrübəsinə malik müəllimlər çalışır, tələbələr tədris repertuarına daxil olan əsərlərin notları, mühazirə mətnlərinin elektron versiyaları ilə təmin edilir, tədris prosesində müasir təlim metodlardan istifadə olunur, müəllimlər tərəfindən qabaqcıl iş təcrübəsi, yeni tədris texnologiyaları öyrənilir, aktual mövzularda elmi-tədqiqat işləri aparılır, əldə edilən nəticələr təcrübədə tətbiq olunur.
“Musiqi fənləri” kafedrasının tərkibi aşağıdakı kimidir:
Professor-müəllim heyəti:
1. Qurbanəliyeva Sevda Firuddin qızı – Kafedra müdiri, professor
2. Abbasova Svetlana Calal qızı – Müəllim
3. Abdullayeva Aləmzər Xanlar qızı – Müəllim
4. Bayramova Şövkət Ənvər qızı – Müəllim
5. Əliyev Əli Sahib oğlu – Müəllim
6. Hacıyeva Mehriban Şövkət qızı – Baş müəllim
7. Haqverdiyeva Nərgiz Əli qızı – Baş müəllim
8. Həsənova Səidə Zahid qızı – Baş müəllim
9. Quliyeva Ülviyyə Elbrus qızı – Müəllim
10. Məmmədova Qəsirə Tofiq qızı – Baş müəllim
11. Məmmədova Rəşirə Hamlet qızı – Baş müəllim
12. Məhərrəmova Gültəkin Sabir qızı – Baş müəllim
13. Məhərrəmova Səma Bəşir qızı – Müəllim
14. Nəbiyeva Leyla Məzahir qızı – Müəllim
15. Rəfibəyli Lalə Hakim qızı – Baş müəllim
16. Rüstəmova Sevinc İlham qızı – Baş müəllim
17. Seyfullayeva Nüşabə Nəriman qızı – Baş müəllim
18. Şabanova Sevil Ağaəli qızı – Baş müəllim
19. Tağıyeva Günay Hafiz qızı – Müəllim
20. Abdurəhmanova İradə Mirzə qızı – 0,5 ştat əvəzçilik üzrə müəllim
21. İbrahimova Sevinc Süleyman qızı – 0,5 ştat əvəzçilik üzrə müəllim
22. Şixiyeva Aynur Rəhim qızı – 0,5 ştat əvəzçilik üzrə müəllim
23. Kərimov Elxan Paşa oğlu – 0,5 ştat əvəzçilik üzrə müəllim
24. İbrahimov Şahmar Mahir oğlu – 0,5 ştat əvəzçilik üzrə müəllim
Tədris-köməkçi heyəti:
1. Məmmədova Feridə Füzuli qızı – Konsertmeyster
2. Hüseynova Təhminə Akif qızı – Laborant
3. Qurbanova Pərvanə Eyvaz qızı – Laborant
Kafedrada “Musiqi alətləri” (məsul şəxslər: M.Hacıyeva, S.Həsənova), “Musiqi tarixi, nəzəriyyəsi və musiqinin tədrisi metodikası” (məsul şəxslər: N.Seyfullayeva, L.Rəfibəyli), “Xor-Dirijorluq-Vokal” adlı (məsul şəxslər: G.Tağıyeva, L.Nəbiyeva) metodbölmələr fəaliyyət göstərir.
Kafedrada cəmləşən hər bir musiqi fənni üzrə yeni tədris proqramları hazırlanmış, Gəncə Dövlət Universitetinin 18.12.2019-cu il tarixli 5/382 saylı əmri ilə nəşr olunmuşdur.
Kafedranın baş müəllimi Nüşabə Nəriman qızı Seyfullayeva 6213.01-Musiqi sənəti ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktorudur, əvəzşilik üzrə müəllim İradə Mirzə qızı Abdurəhmanova 17.00.02-Musiqi sənəti ixtisasında sənətşünaslıq elmlər namizədidir. Kafedranın iki nəfər müəllimi (baş müəllimlər Qəsirə Tofiq qızı Məmmədova, Rəşidə Hamlet qızı Məmmədova) 13.00.01-Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə fəlsəfə doktorudurlar.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli Sərəncamlarını rəhbər tutaraq kafedrada “Nəsimi və musiqi” mövzusunda elmi, yaradıcılıq işləri aparılmış, həmin mövzuda “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrin iştirakı ilə Universitetin müəllim və tələbələri üçün 2019-cu ildə musiqi lektoriyaları böyük uğurla keçirilmişdir.
Gəncə şəhərində ilk dəfə olaraq 15-16 noyabr 2019-cu il tarixlərində “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi-praktik konfrans kafedranın təşəbbüsü ilə Universitetdə böyük uğurla keçirilmişdir. Konfransda kafedranın əməkdaşları və magistrlər 25 adda məruzə ilə çıxış etmişlər. Gəncə Dövlət Universiteti, Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyası, AMEA-nın Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə təşkil olunan konfrans kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 05 yanvar 2021-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə GDU-nun 18.02.2021-ci il tarixli 5/40 saylı əmrinə əsasən kafedrada 27 aprel 2021-ci il tarixində “Nizami Gəncəvinin musiqi dünyası” mövzusunda online konfrans keçirilmişdir. Konfransda kafedranın professor-müəllim heyətindən 10 nəfər, 2 nəfər magistr elmi məruzələrlə çıxış etmiş, mövzular ətrafında slaydlar nümayiş etdirilmiş, musiqi nümunələri səsləndirilmişdir.
Kafedra Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Gəncə Bölməsi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin uyğun bölmə və kafedraları ilə sıx elmi əlaqələr saxlayır.
Universitetə başqa ali təhsil müəssisələrindən daxil olan dissertasiya və avtoreferatların, tədris proqramlarının kafedrada rəyləndirilməsi təşkil edilir.
2020/2021-ci tədris ilində kafedranın professor-müəllim heyətindən 7 nəfərə – professor S.Qurbanəliyeva, baş müəllimlər N.Seyfullayeva, M.Hacıyeva, S.Həsənova, kafedranın doktorantları baş müəllimlər S.Rüstəmova, L.Rəfibəyli, kafedranın dissertantı, 0,5 ştat üzrə müəllim A.Şixiyevaya beynəlxalq elmi konfranslarda iştiraka görə ümumilikdə 16 sertifikat təqdim olunmuşdur.
2020/2021-ci tədris ilində kafedranın əməkdaşlarının müəllifi olduqları 55 məqalə (bunlardan 17-si xarici ölkələrdə) nəşr olunmuşdur.
Tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə kafedrada bir sıra dərnəklər fəaliyət göstərir: “Xorla oxuma” (rəhbər müəllimlər L.Nəbiyeva, G.Tağıyeva), “Vokal-instrumental ansambl” (rəhbər müəllimlər Ş.Bayramova, A.Abdullayeva), “Tələbə elmi dərnəyi” (rəhbər müəllimlər M.Hacıyeva, S.Rüstəmova). Tələbələrdən ibarət xor kollektivi, “Ozan” folklor ansamblı, “Gəncəm” vokal qrupu, “Şur” vokal-instrumental ansamblı tarixi və bayram günlərinə həsr olunmuş Universitetdə, Gəncə şəhərində keçirilən tədbirlərdə zəngin konsert proqramları ilə uğurla çıxış etmiş, Respublika miqyaslı müsabiqə və festivallarda “Diplom”larla təltif olunmuşlar.
Gənc istedadları üzə çıxarmaq, onların inkişafına qayğı göstərmək və peşəyönümü istiqamətində kafedra məqsədyönlü iş aparır. Universitetdə “Musiqi müəlimliyi” ixtisası üzrə təhsil alan tələbələrin Gəncə şəhərinin ümumtəhsil məktəblərində, mədəniyyət müəssisələrində konsertləri təşkil olunur.
Gəncə şəhərində və ətraf rayonlarda işləyən musiqi müəllimləri, kafedranın məzunları kafedra ilə əməkdaşlıq edir, kafedrada keçirilən tədbirlərdə iştirak edir, onlara lazımi elmi, metodiki köməklik göstərilir.