EDU FORUM MMC-nin və TİHA-nın təşkilatçılığı ilə Qarabağın dilbər guşəsi Şuşa şəhərində 350 dən artıq təhsil işçisinin iştirakı ilə ölkəmizdə ilk dəfə “Qarabağın tarixi, mədəniyyəti və incəsənəti” adlı möhtəşəm Təhsil Forumu keçirildi. Şuşada keçirilən Təhsil Forumunun məqsədi təhsil sisteminin və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, informasiyaların düzgün ötürülməsi, təhsil işçiləri arasında əməkdaşlığın qurulması və davamlılığı, təhsildə gedən mobil inkişaf haqqında geniş məlumat vermək və müzakirə etmək idi. Forumda görkəmli simaların və elm xadimlərinin dəyərli məsləhətləri və tövsiyələri dinlənilmişdir.Qarabağda reallaşan bu möhtəşəm Təhsil Forumunda əməkdaşlarımızdan Azərbaycan dili kafedrasının dosenti Aytən Əhmədova, Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Günay Kazımova, p.ü.f.d. Samirə Nurməhəmmədi, baş müəllim Xəyalə Mustafayeva və müəllim Günel Aslanova da iştirak etmişdir.
Forum çərçivəsində Qarabağ Universitetinə də ziyarət olunmuşdur.




