“28 May – Müstəqillik Günü” təcrübəçi tələbələr tərəfindən qeyd olundu
Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri pedaqoji təcrübə keçdikləri Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin şagirdləri ilə “28 May – Müstəqillik Günü”nə həsr olunmuş konsert təşkil etmişlər. Tədbirdə təcrübəçi-tələbələr və şagirdlərin ifasında səslənən vətənpərvərlik mövzusunda şeir və mahnılar dinliyicilər tərəfindən rəğbətlə qarşılanmışdır. Yüksək əhval-ruhiyyə şəraitində