15.05.2025-ci il tarixdə Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının 2-ci kursunda b/m Hüseynova Günay Şəmistan qızının “Nitq inkişafı” fənnindən auditoriyadan kənar fəal interaktiv dərsi oldu. Tələbələr semestr ərzində fənnə dair əldə etdikləri bilikləri praktik şəkildə nitqin bütün məziyyətlərinə uyğun, natiqlik sənətinin qanunauyğunluqlarını gözləyərək, üslubu normalara uyğun olaraq əyani şəkildə səhnədə nümayiş etdirdilər. Təşkil olunmuş dərsdə fakültənin dekan müavini b/m. Haqverdiyev İlqar, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dos. Quliyev Allahverdi , dos. Apoyev Bayram, Azərbaycan dili kafedrasının b/m. f.ü.f.d Mətanət Mahmudova , digər əməkdaşlar və tələbələr iştirak etdilər.
Dərsin senarisi günün və ölkənin aktual problemlərindən olan “Erkən nigah” haqqında idi. Tələbələrin özlərinin hazırladıqları ssenaridə erkən nigahın bütün problemləri qabarıq və emosianal şəkildə əksini tapmışdı. Səhnəcik Azərbaycan qızlarının erkən yaşlarda məcburi nigahına qarşı çıxmağa , onların oxuyub vətənə və dövlətə layiqli övlad olmağa sövq etməyə səsləyirdi.
Dərsin təşkilində əməyi keçənlərə və bütün iştirakçılara təşəkkür edirik.














