Bu gün xalqımızın tarixində silinməz izlər qoymuş, müstəqil Azərbaycan dövlətçiliyinin banisi, Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.Onun uzaqgörən siyasəti, güclü liderliyi və xalqına olan sonsuz sevgisi ilə formalaşan müasir Azərbaycan bugünkü inkişafının təməlini məhz bu dahi şəxsiyyətin iradəsində tapır.Ulu Öndərin əziz xatirəsini sonsuz ehtiramla yad edir, onun ideyalarına sadiq qalaraq gələcəyə inamla addımlayırıq.
