Tələbə Elmi Cəmiyyəti:
Sədr: Cabbarova Telli Rəhim qızı, baş müəllim
Tələbə Elmi Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 22 may 2009 – cu il tarixli 295 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 27.06.2014 – cü il 752 nömrəli əmri ilə təsdiq edilmiş “Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi Əsasnaməyə” uyğun fəaliyyət göstərir.
Tələbə Elmi Cəmiyyətinin əsas məqsədi:
* ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi;
* tələbələrin elmi-texniki potensialın qorunub saxlanılması;
* magistr və bakalavr tələbələrin elmi tədqiqat fəaliyyətini yeni sosial-iqtisadi şəraitə uyğun təşkil etmək.
Tələbə Elmi Cəmiyyətinin əsas vəzifələri:
* tələbələrin elmi fəaliyyətə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
* elmi tədqiqat işlərinə tələbələrin marağının artırılmasına köməklik göstərmək;
* tələbələrə elmi tədqiqat işlərinin müstəqil həll edilməsi yollarını öyrətmək;
* istedadlı gənclərin aşkar edilməsi və onların müxtəlif elmi konfranslara cəlb olunmasını təşkil etmək;
* elmi-pedaqoji kadr hazırlığı üçün perspektivli gəncləri seçmək və onları tədqiqtçılıq fəaliyyətinə hazırlamaq;
* müxtəlif səviyyəli tədbirlərin – beynəlxalq və yerli konfransların, elmi seminarların, müxtəlif ixtisas və fənlər üzrə olimpiadaların, ali məktəblər arası ən yaxşı elmi tədqiqat işlərinin və s. keçirilməsində tələbələrin iştirakını təmin etmək;
* tələbələrin elmi tədqiqat işlərinin nəşr edilməsini təşkil etmək;
* müxtəlif konfranslarda fərqlənmiş tələbələrin mükafatlandırılması üçün tədbirlər görmək;
* digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsini təşkil etmək;
* istedadlı və perspektivli tələbələrin təhsillərini xarici dövlətlərin qabaqcıl universitetlərində davam etdirilməsinə köməklik göstərmək.
Pedaqoji fakültə TEC-in tərkibində 6 kafedranın TEC sədrləri fəaliyyət göstərir.
- Ümumi pedaqogika kafedrası – b/m. Bəsirə Abbasova
- Təhsilin pedaqogikası və metodikası kafedrası – b/m. Əsmər Şərifova
- Psixologiya kafedrası –b/m. Pərvanə Məmmədova
- Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrası – dos. Vaqif Qocayev
- Bədən tərbiyəsi və idman kafedrası – dos. Asif Quliyev
- Musiq fənnləri kafedrası –b/m. Sevinc Rüstəmova .
TEC-in sədrliyi tərəfindən 2012-ci ildə H.Əliyevin anadan olmasının 89-cu il dönümünə dair psixologiyadan fənn olimpiyadası keçirilmişdir. Növbəti illərdə bu ənənə davam etdirilmişdir. 2014-cü ildə universitet üzrə ilk dəfə Pedaqoji fakültədə TEC-i sədrliyi ilə elmi konfrans keçirilmişdir.
Pedaqoji fakültə Tələbə elmi cəmiyyətinin tərkibində Psixologiya sahəsi üzrə dərnək fəaliyyət göstərir. Bu dərnəyə Psixologiya kafedrasının baş müəllimi Pərvanə Məmmədova başçılıq edir. Psixologiya dərnəyinin üzvləri universitetdə və universitetdən kənarda elmi- praktik konfranslarda iştirak etmiş və sertifikatlara layiq görülmüşlər. TSPX ixtisasının III kurs tələbəsi Allahverdiyeva Ayselin Ümummilli Lider H. Əliyevin 93 –cü il dönümünə həsr olnmuş elmi-seminarı keçirilmişdir.