Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə

 

Fiziki tərbiyə, çağırışaqədərki hazirlıq və mülki müdafiə kafedrası

            Kafedra 1962-ci ildə Mülki müdafiə kursu kimi fəaliyyətə başlamışdır. 1978-ci ilə kimi Nəsrəddin Novruzov kursun rəhbəri olmuşdur. Həmin kursun əsasında 1978-ci ildə kafedra yaradılmış və kafedranın müdiri Vəliyeva Tamara Əli qızı seçilmişdir. Növbəti seçkilərdə, yəni 1983-cü ildən 1997-ci ilə kimi kafedranın baş müəllimi Qocayev Vaqif Cahangir oğlu kafedra müdiri olmuşdur. 1997-ci ildən 2019-cu ilə kimi  prof. Ələddin Hətəm oğlu Məmmədov kafedra müdiri olmuşdur.

             2019/2021-ci ilin dekabr ayınadək kafedraya dosent Nəbiyev Niyazi Hüseynalı oğlu kafedra müdiri əvəzi kimi rəhbərlik edib, 24.12.2021-ci il tarixdən 07.01.2025-ci ilədək kafedra müdiri təyin edilib. 14.01.2025-ci il tarixdən  kafedranın baş müəllimi  Məmmədova Mahnur Qafar qızı müvəqqəti kafedra müdiri əvəzi təyin edilib.

 

Kafedranın 11 nəfər professor-müəllim heyəti vardır. Elmi potensialı güclüdür.

Kafedranın müəllim heyəti 6 nəfər baş müəllim, 4 nəfər müəllim və 1 nəfər əvəzçi müəllimdən  ibarətdir.

Kafedranın 7 nəfər tədris-köməkçi heyəti vardır.

Kafedrada tədrisin keyfiyyətinin yaxşılaşdırılması, onun günün tələbləri səviyyəsinə qaldırılması üçün kafedrada dərs və metodik vəsaitlərin, yeni fənn proqramlarının yazılmasına və nəşrinə ciddi fikir verilir.

MÜƏLLİM HEYƏTİ

  1. Kafedra müdiri əvəzi, baş müəllim – Məmmədova Mahnur Qafar q  
  2. dosent 0,5 şt. əvəzçi müəllim – Nəbiyev Niyazi Hüseynalı o
  3. baş müəllim – Hüseynov Fikrət Bəhlul o.           
  4. baş müəllim – Ağayeva Elmira Cəbrayıl q
  5. baş müəllim – İbrahimova İlhamə Akif q
  6. baş müəllim – Babayeva Sara Fərman q.       
  7. baş müəllim – Sarıyev Vidadi Ağamirzə o.
  8. müəllim – Ələkbərova Zülfiyyə Bəxtiyar q. 
  9. müəllim- Məmmədov Şahmar Rüstəm o. 
  10. müəllim – Əmiraslanov Sərxan Nail o.
  11. müəllim – Babayeva Nurlana Bəhlul q.

 

TƏDRİS KÖMƏKÇİ HEYƏTİ

  1. Hüseynova Məhsəti Saleh qızı – lab.müdiri
  2. Aslanova Nurlana İbrahimxəlil qızı – lab.müdiri
  3. Şirəliyeva Aynur Vahid qızı – baş lab.
  4. Əsgərova Sevda Valeh qızı – lab.
  5. Əliyeva Məhluqə Ələsgər qızı – lab.
  6. Mustafayeva Zabitə Ənvər qızı – lab.
  7. Həsənova Növrəstə Dilən qızı – prep.

Tədris olunan fənlər:

 

Bakalavr ixtisası üzrə

  1. Mülki müdafiə
  2. Mülki müdafiə və ilkin tibbi yardım
  3. Hərbi Vətənpərvərlik tərbiyəsinin əsasları
  4. Orduda fiziki hazırlığın əsasları
  5. Vətənin müdafiəsinə hazıram və atıcılıq
  6. Atıcılıq
  7. Hərbi idman oynları
  8. Hərbi Qanunvericiliyin əsasları
  9. Azərbaycanda Ordu Quruculuğunun əsasları
  10. Azərbaycanda Ordu Quruculuğunun əsasları (1991-2020)
  11. Gənclərin çağırışaqədərki hazırlığının tədrisi metodikası
  12. Gənclərin çağırışaqədərki hazırlığının nəzəriyyəsi və metodikası-1
  13. Gənclərin çağırışaqədərki hazırlığının nəzəriyyəsi və metodikası-2
  14. Gənclərin çağırışaqədərki hazırlığında hərbi rəhbərin təlim-tədris prosesinin əsas istiqamətləri
  15. Azərbaycan hərb tarixi
  16. Taktiki hazırlıq
  17. Sıra hazırlığı
  18. Hərbi topoqrafiya
  19. Güllə atıcılığı

 

Magistratura ixtisası üzrə

 

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fənninin tədrisi metodikası və metodologiyası

  1. Gənclərin çağırışaqədərki hazırlığında hərbi hazırlığın təşkilinin nəzəri əsasları
  2. Hərbi qanunvericiliyin və nizamnamələrin gənclərə öyrədilməsi istiqamətləri
  3. Fiziki tərbiyənin və çağırışaqədərki hazırlığının müasir problemləri
  4. Fiziki tərbiyənin və çağırışaqədərki hazırlığın tarixi və metodologiyası
  5. Ali məktəb tərəfindən müəyyən edilən fənn (Elmi-tədqiqat işinin metodika və metodologiyası)
  6. Orta ümumtəhsil məktəblərində gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin təşkili
  7. Azərbaycan Ordusunun müasir döyüş təcrübəsinin gənc nəslə öyrədilməsi
  8. Fiziki tərbiyənin taktiki hazırlığın təşkilində rolu
  9. Gənclərin çağırışaqədərki hazırlığında hərbi rəhbərin tədris prosesindəki rolu
  10. Fiziki qüsurlu şəxslər üçün fiziki tərbiyənin təşkili
  11. Ali məktəblərdə hərbi əlbəyaxa döyüşün tədrisinin əsas istiqamətləri
  12. Orta ümumtəhsil məktəblərində idman sağlamlaşdırıcı turizm işinin təşkili istiqamətləri
  13. Tədqiqat üsulları

 

            Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının professor-müəllim heyəti bakalavr pilləsi üzrə bütün fakültələrdə “Mülki müdafiə”, “Mülki müdafiə və ilkin tibbi yardım” fənləri üzrə mühazirə və seminar dərsləri aparır. Eyni zamandaFiziki tərbiyə və çağırışaqədərki hazırlıq fənninin tədrisi metodikası və metodologiyası” istiqaməti üzrə magistr ixtisası üzrə kadr hazırlığı aparılır.

            Kafedra pedaqoji biliklərlə yanaşı mülki müdafiə və ilkin  tibbi yardım, mülki müdafiənin əsaslarını, təbii, texnogen və digər fövqəladə hadisələrin nəticələrindən mühafizə olunma qaydalarını, kütləvi və adi qırğın silahlarından müdafiə qaydalarını və bu zaman xəsarətalmışlara ilk tibbi yardım göstərmək qaydalarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrini, Azərbaycanda ordu quruculuğunu, gənc nəslin çağrışaqədərki hazırlığını, sıra hazırlığını, taktiki hazırlığı, silahlardan istifadə qaydalarını, hərbi topoqrafiya biliklərini, orta ümumtəhsil məktəblərində qızlar üçün fiziki tərbiyə dərslərini, öyrədən mərkəz kimi fəaliyyət göstərir. Gənc nəslə biliklərin verilməsi əsasən mühazirələr, kitablar və məqalələr, elmi seminarlar, hərbi vətənpərvərliklə əlaqədar filmlərin nümayişi, silahlardan və döyüş texnikasından (Vizual şəkildə) istifadə qaydaları, pedaqoq alimlər və I və II Qarabağ müharibəsi iştirakçılarının tələbələrlə görüşü vasitəsilə həyata keçirilir. Ayrı-ayrı vaxtlarda kafedranın əməkdaşları  çağrışaqədərki hazırlıqla bağlı dərslik və dərs vəsaiti hazırlayaraq tələbələrin istifadəsinə vermişdir.

            Kafedra üzrə tədris planında nəzərdə tutulmuş fənnlər üzrə fənn proqramları hazırlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bakalavr pilləsi üçün hazırlanmış “ Hərbi qanunvericiliyin əsasları”, “Mülki müdafiə və ilkin tibbi yardım”, “Güllə atıcılığının tədrisi metodikası”  magistr pilləsi üçün isə “ Fiziki tərbiyənin və çağırışaqədərki hazırlığın müasir problemləri” və “Fiziki tərbiyənin və çağırışaqədərki hazırlığın tarixi və metodologiyası” fənn proqramları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilərək qrif almışdır.