Yel çərşənbəsi
Novruz inanclarının əsasında dayanan insana, təbiətə həyat verən dörd ünsürdən biri də yeldir. Bu gün isə İlaxır çərşənbələrdən 3-cüsü – Yel, hava çərşənbəsidir.Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Deyilənə görə, Yel çərşənbəsində əsən külək təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə








