Təhsilin pedaqogikası və metodikası kafedrası tərəfindən , dos. A.Quliyevin rəhbərliyi ilə “Müasir təlim texnologiyalarının tətbiqi ilə tələbələr-müəllimlər üçün təlim və öyrənmə mühitinin yaradılması” üzrə öyrədici və maarifləndirici təlimlər davam edir.
Təlimlərin növbəti günündə dos. Bayramova Ziyafət Vilayət qızı “Ali məktəblərdə təhsilin məqsəd və vəzifələri, fəlsəfi dəyəri , dünyagörüşü, metafənn təfəkkürü, müəllim səriştəsinin artırılmasında təhsil fəlsəfəsinin rolu, əhəmiyyəti.” mövzusunda məruzə ilə çıxış etdi. Məruzə iştirakçılar tərəfindən böyük maraqla dinlənildi. Təlimçi Z.Bayramova iştirakçıları maraqlandıran sualları cavablandırdı.
Bu təlimə görə dos. Z.Bayramovaya və iştirakçılara təşəkkür edirik.









