Ekskursiya dərslərinin təşkili metodikası.

12.05.2025 -ci ildə Pedaqoji fakültənin II kurs İbtidai sinif müəllimliyi ixtisasında dosent, filologiya üzrə fəlsəfə doktoru Aytən Arzulla qızı Əhmədova dahi Nizami Gəncəvinin məqbərəsində ekskursiya dərsi təşkil etmişdir. Ekskursiya dərsləri tarixə, təbiətə, ədəbiyyata, ekologiyaya və Azərbaycan dilinə aid oxu mətnlərinin daha emosional qavranılmasında mühüm əhəmiyyət kəsb edir. Ekskursiya dərsləri zamanı fakt və hadisələr, məkan və zaman daxilində müşahidə edilir, təbiət və tarixi mövzuların öyrənilməsində əvəzsiz rol oynayır.Fənlərarası əlaqələr yaradır, tələbələr auditoriyada öyrəndiklərini və əldə etdikləri bilikləri müşahidələr vasitəsilə möhkəmləndirir, ümumiləşdirir. Tələbənin yaradıcılıq qabiliyyəti və müstəqilliyi inkişaf edir. Bu isə tələbənin dünyagörüşünə, qabiliyyətinə, eyni zamanda ətraf aləmi şüurlu surətdə dərk etməsinə, estetik tərbiyəsinə zəmin yaradır. Ekskursiya dərsi kollektiv şəkildə təşkil olunmuşdur. Dərs prosesində tələbələr dahi Nizami Gəncəvinin yaradıcılığından şeirlər və hekayələr  söylədilər.