30.03.2016-cı il tarixdə fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda aşağıdakı məsələlər müzakirə edilmişdir:
- Fakültədə Riyaziyyatın ibtidai kursu və onun tədrisi metodikası fənninin tədrisi vəziyyəti.
- Fakültədə tərbiyə işlərinin təşkilinə dair illik hesabat.
- Seçmə fənlərin mövzu və saatlarının təsdiqi.
- Müsabiqə üzrə müəllim seçkisi (Əsgərli Laçın Əjdər qızının Psixologiya kafedrasında boş olan baş müəllim yerini tutması üçün verdiyi ərizənin müzakirəsi).
- Pedaqogika və təhsilin əsasları kafedrasının adında dəyişiklik edilməsi haqqında.
- Cari məsələ: Qiyabi şöbənin Bədən tərbiyəsi və idman ixtisasının “Seçmə fənlər” blokuna “Futbol”, “Üzgüçülük”, “İdman təbabəti” fənlərinin daxil edilməsi haqqında.