Dekanlıq

Pedaqoji fakültə 1960-cı ildən fəaliyyət göstərir. Bu müddət ərzində fakültənin adında və strukturunda dəfələrlə dəyişiklilər edilmişdir. Belə ki, fakültə ilk əvvəl Pedaqogika  və ibtidai təhsilin metodikas942732_164865693680156_1968060083_nı, sonra İbtidai təhsilin pedaqogikası və metodikası, 1996-cı ildən isə Pedaqoji adlandırılmışdır.

Fakültə  tarixinin birinci mərhələsində ( 1991-ci ilədək ) onun  tərkibində yalnız bir ixtisas –İbtidai təhsilin pedaqogikası və metodikası fəaliyyət göstərmişdir. 1991-ci ildən etibarən musiqi təhsili ixtisası da fakültənin tərkibinə daxil edilmişdir. 2005-ci ildə fakültənin tərkibinə daha iki ixtisas (Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı; Bədən tərbiyəsi və idman ), 2024-cü ildən isə1 ixtisas (Ümumi fiziki hazırlıq) birləşdirilmişdir. Hal-hazırda ( 2026-2027-ci tədris ili ) fakültədə aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:

  1. İbtidai sinif müəllimliyi
  2. Məktəbəqədər təhsil
  3. Psixologiya
  4. Təhsildə sosial-psixoloji xidmət
  5. Musiqi müəllimliyi
  6. Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq müəllimliyi
  7. Məşqçilik.
  8. Ümumi fiziki  hazırlıq

İxtisasların sayı artdıqca fakültənin tabeliyində fəaliyyət göstərən kafedraların və təhsil alan tələbələrin  sayı da çoxalmışdır. Belə ki, kafedraların sayı 2-3 olduğu halda, indi ( 2026-2027–ci tədris ilində) həmin göstərici 6-ya çatmışdır:

  1. Ümumi pedaqogika ( kaf.müd.prof. Ş. Tağıyev)
  2. Təhsilin pedaqogikası və metodikası (kaf.müd.dos. A. Quliyev)
  3. Psixologiya (kaf.müd.dos. Z. Cavadova )
  4. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq və mülki müdafiə ( kaf.müd. b/m Ş.Məmmədov)
  5. Bədən tərbiyəsi və idman ( kaf.müd. b\m U.Cabbarov)
  6. Musiqi fənləri ( kaf.müd.prof. S. Qurbanəliyeva )

Hal- hazırda fakültədə 1069  tələbə təhsil alır, halbuki  2007-ci ildə bu rəqəm cəmi 340 idi.

Fakültənin ilk dekanı dos.M.Niftəliyev olmuşdur. Sonralar bu vəzifədə prof. Ş.Yusifli , prof.S.Şükürov, prof. Ə.Mirzəyev, dos.S.Məmmədov, dos.N.Əliyev, dos.Ə.Cəlilov, dos.S.Orucov və dos. B.Apoyev çalışmışlar. 2022-ci ilin aprel ayından fakültənin dekanı dos. Zaur Rafael oğlu Hüseynzadədir.

Fakültənin dekanlığında dekan (dos. Z.Hüseynzadə ); Tədris məsələləri üzrə dekan müavini  ( b\m İlqar Haqverdiyev);   operator (Aidə Quliyeva), tyutorlar (Röya Həsənova, Lamiyə İbrahimova, Günay Cəfərova, Validə Vəliyeva, Nuray Mustafayeva) çalışır.

Fakültədə ictimai əsaslarla Həmkarlar Təşkilatının sədri (dos.(atestatsız)Kazımova Günay Salmanqızı), Tələbə Həmkarlar Təşkilatının sədri , Tələbə Gənclər Təşkilatı sədri və Tələbə Şurasının sədri fəaliyyət göstərir.

Hal- hazırda fakültədə çalışan professor-müəllim və tədris köməkçi heyətin ümumi sayı 152  nəfərdir ki, onlardan da 3 nəfər elmlər doktoru, professor; 16 nəfər fəlsəfə dokturu, dosent; 60 nəfər baş müəllim; 24 nəfər  müəllim, 49 nəfər isə  tədris köməkçi heyətidir. Fakültəyə ümumi rəhbərliyi seçkili orqan olan 21 nəfərdən ibarət fakültə Elmi Şurası həyata keçirir. Təlim prosesinə nəzarət etmək və metodiki köməklik göstərmək məqsədilə yaradılmış Tədris-Metodiki Qrup (sədr: fakültə dekanı dos. Hüseynzadə Zaur  Rafael oğlu) fəaliyyət göstərir.12910301_916255621825852_697569986_n