“Ariya, romans, Azərbaycan xalq mahnısı (bədii ifa)” mövzusunda açıq dərs

“Musiqi fənləri” kafedrasının müəllimi Şövkət Ənvər qızı Bayramovanın “Vokal və onun tədrisi metodikası” seçmə fənnindən “Ariya, romans, Azərbaycan xalq mahnısı (bədii ifa)” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Türkan Akif qızı Pənahova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə Gəncə Dövlət Universitetinin fəxri professoru, pedaqogika üzrə fəlsəfə doktoru, “Psixologiya” kafedrasının dosenti, açıq dərslərə nəzarət komissiyasının üzvü C.İbrahimov, “Pedaqoji” fakültənin dekan müavini, baş müəllim İ.Haqverdiyev, “Musiqi fənləri” kafedrasının müdiri professor S.Qurbanəliyeva, baş müəllimlər Q.Məmmədova, L.Rəfibəyli, müəllim S.Məhərrəmova iştirak etdilər.