“GÇQH-da döyüş fəaliyyətinin xüsusiyyətləri” mövzusundan açq dərs keçirildi

06.04.2022-ci ildə Pedaqoji fakültənin Fiziki tərbiyə, ÇHQ və M.M. kafedrasının b/m Mahnur Məmmədovanın GÇQ hazırlığının tədrisi metodikası fənnindən “GÇQH-da döyüş fəaliyyətinin xüsusiyyətləri” mövzusundan açq dərsi keçirildi. Dəsdə fakültə dekanı dos.B.Apoyev, kafedra müdiri dos.N.Nəbiyev, b/m F.Hüseynov, b/m Şahriya Abbasova iştrak etmişdilər.

“Azərbaycan güləşçilərinin beynəlxalq yarışlarda nailiyyətləri” movzusunda açıq dərs keçirildi

06.04.2022-ci il tarixində Pedaqoji fakültənin Bədən tərbiyəsi və idman kafedrasının b/m Ayət Rüstəmzadənin Fiziki tərbiyə və ÇQH ixtisasının III2 kursunda “Azərbaycan güləşçilərinin beynəlxalq yarışlarda nailiyyətləri” movzusunda açıq dərsi keçirildi. Tələbələrin qiymətləndirilməsi sorğu-sual formasında aparıldı və 12 tələbə müsbət qiymətləndirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, kafedra müdiri Ş.Qazaxova, b/m R.Rəhimova, b/m T.Əliyev iştrak etdilər.

“Təfəkkür və təxəyyülün psixologiyası” mövzusunda açıq dərs keçirildi

06.04.2022-ci il tarixində Psixologiya kafedrasının müəllimi Nübar Quliyevanın Psixologiya fəninnən TSPX ixtsasının III2 kursunda “Təfəkkür və təxəyyülün psixologiyası” mövzusunda açıq dərsi keçirildi. Müəllimə dərsdə slayddan istifadə etdi və sonda 9 tələbəni yeksək qiymətləndirdi. Dərsdə fakültə dekanı dos.B.Apoyev, kafedra müdiri dos.Z.Cavadova, b/m P.Məmmədova, b/m S.Şahverdiyeva, b/m L.Əsgərli, müəl. M.Rəhimova və b/l A.Mirzəyeva iştrak etmişdilər.

“Kimyəvi silah və onun xarakteristikası. Kimyəvi zədələnmə ocağında ilk tibbi yardım” mövzusunda açıq dərs keçirildi

05.04.2022-ci il tarixində Pedaqoji fakültənin Fiziki tərbiyə ixtisasının I kursunda b/m İradə Əsgərovanın “Kimyəvi silah və onun xarakteristikası. Kimyəvi zədələnmə ocağında ilk tibbi yardım” mövzusunda açıq dərsi (seminar məşğələsi) keçirildi. Müəllimə dərsdə slayddan və əyani vasitələrdən istifadə etdi. Dərsdə Pedaqoji fakültənin dekanı dos.B.Apoyev, kafedra müdiri dos.N.Nəbiyev, b/m F.Hüseynov, b/m İ.İbrahimova iştrak etdilər.

SOS uşaq kəndində pedaqoji təcrübə davam edir

GDU-nun Pedaqoji fakültəsini TSPX və Psixologiya ixtisaslarının IV kurs tələbələri SOS uşaq kəndində pedaqoji təcrübələrini davam etdirirlər. SOS uşaq kəndinin psixoloqu Arzu Quliyeva təcrubəçi tələbələrə psixoloji işlərin gedişatı haqqında məlumat verdi. Tədbirdə Psixologiya kafedrasının müdiri dos.Z.Cavadova,təcrübə rəhbərləri b/m L.Həsənova. b/m P.Məmmədova iştrak etdilər.

“İdman üzgüçülüyü” mövzusunda açıq dərs keçirildi

01 aprel 2022-ci il tarixində Pedaqoji fakültənin Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Məmmədova Amalya Məmmədağa qızının Məşkçilik ixtisasının I kursunda Uzgüçülük fənninin “İdman üzgüçülüyü” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə universitetin tədris işləri üzrə prorektoru prof. Şahin Xurşudov, Pedaqoji fakültənin dekanı dos. Bayram Apoyev, B/t və idman kafedrasının müdiri b/m Ş.Qazaxova, Fiziki tərbiyə

Daha ətraflı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 31 MART-AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR EDİLMİŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində 31 Mart-Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq ermənilərin yüz illərlə Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən danışmış, onların törətdikləri vəhşiliklərə yalnız Ümummilli Lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra əsl hüquqi qiymət verildiyini, həmçinin hər il mart

Daha ətraflı

“Diqqət və hafizənin psixologiyası” movzusunda açıq dərs keçirildi

29 mart 2022-ci ildə Psixologiya kafedrasının baş müəllimi Arzu Bağırzadənin İbtidai sinif müəllimliyi ixtisasının I kursunda Psixologiya fənnindən “Diqqət və hafizənin psixologiysı” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə Pedaqoji fakültənin dekanı dos.B.Apoyev, Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova, dos. Z.Nəsrullayeva, b/m P.Məmmədova, b/m.S.Şahverdiyeva və müəl. M.Rəhimova iştrak etdilər.

NOVRUZ BAYRAMI TƏCRÜBƏÇİ TƏLƏBƏLƏR TƏRƏFİNDƏN QEYD OLUNDU

Gəncə Dövlət Univesitetinin Pedaqoji Fakültəsinin Musiqi müəllimliyi ixtisası üzrə IV kurs təcrübəçi tələbələri Azərbaycan xalqının milli bayramı “Novruz bayramı” münasibətilə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə musiqili əyləncəli tədbir təşkil etmişdir. Novruz bayramı insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmışdır. Novruzun gəlişi insanlarda ülvi duyğular oyadır, hər kəsə sonsuz sevinc və fərəh bəxş

Daha ətraflı