Pedaqoji fakültə 1960-cı ildən fəaliyyət göstərir. Bu müddət ərzində fakültənin adında və strukturunda dəfələrlə dəyişiklilər edilmişdir. Belə ki, fakültə ilk əvvəl Pedaqogika və ibtidai təhsilin metodikas
ı, sonra İbtidai təhsilin pedaqogikası və metodikası, 1996-cı ildən isə Pedaqoji adlandırılmışdır.
Fakültə tarixinin birinci mərhələsində ( 1991-ci ilədək ) onun tərkibində yalnız bir ixtisas –İbtidai təhsilin pedaqogikası və metodikası fəaliyyət göstərmişdir. 1991-ci ildən etibarən musiqi təhsili ixtisası da fakültənin tərkibinə daxil edilmişdir. 2005-ci ildə fakültənin tərkibinə daha iki ixtisas (Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı; Bədən tərbiyəsi və idman ), 2024-cü ildən isə1 ixtisas (Ümumi fiziki hazırlıq) birləşdirilmişdir. Hal-hazırda ( 2026-2027-ci tədris ili ) fakültədə aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:
- İbtidai sinif müəllimliyi
- Məktəbəqədər təhsil
- Psixologiya
- Təhsildə sosial-psixoloji xidmət
- Musiqi müəllimliyi
- Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq müəllimliyi
- Məşqçilik.
- Ümumi fiziki hazırlıq
İxtisasların sayı artdıqca fakültənin tabeliyində fəaliyyət göstərən kafedraların və təhsil alan tələbələrin sayı da çoxalmışdır. Belə ki, kafedraların sayı 2-3 olduğu halda, indi ( 2026-2027–ci tədris ilində) həmin göstərici 6-ya çatmışdır:
- Ümumi pedaqogika ( kaf.müd. professor Tağıyev Şahin Tağı oğlu)
- Təhsilin pedaqogikası və metodikası (kaf.müd.dos. Allahverdi İsgəndər oğlu Quliyev)
- Psixologiya (kaf.müd. Dosent Cavadova Zümrüd Soltan qız)
- Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq və mülki müdafiə ( kaf.müd. baş müəllim Şahmar Məmmədov Rüstəm oğlu)
- Bədən tərbiyəsi və idman ( kaf.müd. baş müəllim Cabbarov Urfan Xəlil oğlu)
- Musiqi fənləri ( kaf.müd.prof. Qurbanəliyeva Sevda Firuddin qızı)
Hal- hazırda fakültədə 1069 tələbə təhsil alır, halbuki 2007-ci ildə bu rəqəm cəmi 340 idi. Fakültənin dekanı dos. Hüseynzadə Zaur Rafael oğlu 2022-ci ildən hal-hazıra kimi bu vəzifədə çalışır.
Fakültənin ilk dekanı dos.M.Niftəliyev olmuşdur. Sonralar bu vəzifədə prof. Ş.Yusifli , prof.S.Şükürov, prof. Ə.Mirzəyev, dos.S.Məmmədov, dos.N.Əliyev, dos.Ə.Cəlilov, dos.S.Orucov, dos B.Aoyev çalışmışlar.
Fakültənin dekanlığında dekan (dos. Hüseynzadə Zaur Rafael oğlu ); Tədris məsələləri üzrə dekan müavini ( b\m İlqar Haqverdiyev); operator (Aidə Quliyeva), tyutorlar ( Röya Həsənova, Lamiyə İbrahimova, Günay Cəfərova, Validə Vəliyeva, Nuray Mustafayeva ) çalışır.
Fakültədə ictimai əsaslarla Həmkarlar Təşkilatının sədri (dos.(atestatsız)Kazımova Günay Salmanqızı), Tələbə Elmi Cəmiyyətin sədri (Silduz Hüseynova), Tələbə Həmkarlar Təşkilatının sədri və Tələbə Gənclər Təşkilatı sədri fəaliyyət göstərir.
Hal- hazırda fakültədə çalışan professor-müəllim və tədris köməkçi heyətin ümumi sayı 152 nəfərdir ki, onlardan da 3 nəfər elmlər doktoru, professor; 16 nəfər fəlsəfə dokturu, dosent; 60 nəfər baş müəllim; 24 nəfər müəllim, 49 nəfər isə tədris köməkçi heyətidir. Fakültəyə ümumi rəhbərliyi seçkili orqan olan 21 nəfərdən ibarət fakültə Elmi Şurası həyata keçirir. Təlim prosesinə nəzarət etmək və metodiki köməklik göstərmək məqsədilə yaradılmış Tədris-Metodiki Qrup (sədr: fakültə dekanı dos.Hüseynzadə Zaur Rafael oğlu) fəaliyyət göstərir.
