“Ariya, romans, mahnı müşayiəti üzərində iş” mövzusunda açıq dərs dinlənilmişdir

05 dekabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Nərgiz Əli qızı Haqverdiyevanın “Konstermeyster sinfi və ansambl-2” fənnindən “Ariya, romans, mahnı müşayiəti üzərində iş” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Günay Gündüz qızı Mehtiyeva ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsində “Musiqi fənləri” kafedrasının təşkilatçılığı ilə “FİKRƏT ƏMİROVUN MUSİQİ DÜNYASI” mövzusunda mühazirə-konsert keçirilmişdir

02.12.2022-ci il tarixdə Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsində “Musiqi fənləri” kafedrasının təşkilatçılığı ilə F.Əmirovun 100 illik yubileyinə həsr olunmuş “FİKRƏT ƏMİROVUN MUSİQİ DÜNYASI” mövzusunda mühazirə-konsert keçirilmişdir. Gəncə Dövlət Universitetinin “Musiqi sənəti” ixtisası üzrə dissertantı Aynur Şixiyevanın mühazirəsi dinlənildikdən sonra musiqi əsərləri müəllimi və tələbələrin ifasında səsləndirildi. Tədbirin sonunda Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektoru

Daha ətraflı

“Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulması” mövzusunda açıq dərs keçirildi

02.11.2022-ci il tarixdə Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti (attes-siz) Günay Kazımova İbtidai sinif müəllimliyi ixtisasının III kursunda “İbtidai təhsilin kurrikulumu” fənnindən “Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulması” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İlqar Haqverdiyev və kafedranın müəllimləri iştrak etdilər.

“Müəllimin emosionallığının təlim tərbiyə işinə təsiri” mövzusunda açıq dərs keçerildi

02.11.2022-ci il tarixdə Təhsilin pedaqogikası və metodikası kafedrasının b/m Rəfiqə İsgəndərovanın Məktəbəqədər təlim və tərbiyə ixtisasının III kursunda Müəllim və tərbiyəçinin pedaqoji ustalığı fənnindən “Müəllimin emosionallığının təlim tərbiyə işinə təsiri” mövzusunda açıq dərsi keçerildi. Dərsdə dekan müavini İ.Haqverdiyev və kafedranın müəllimləri iştrak etdilər.

“Kiçik məktəblinin psixoloji xüsusiyyətləri” mövzusunda açıq dərs keçirildi

01.12.2022-ci il tarixində Psixologiya kafedrasının dosenti Zərifə Nəsrullayevanın İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasının III kursunda Uşaq psixologiyası fənnindən “Kiçik məktəblinin psixoloji xüsusiyyətləri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan. dos. Z.Hüseynzadə, kafedra müdiri dos. Z.Cavadova, b/m P.Məmmədova, b/m A.Babayeva iştrak etdilər.

Məktəbəqədər təlim və tərbiyə ixtisasının IV kurs tələbələri “Təfəkkür” uşaq bağcasında

23.11.2022-ci il tarixində Məktəbəqədər təlim və tərbiyə ixtisasının IV kurs tələbələri Pedaqoji təcrübəyə hazırlıq məqsədilə Gəncə şəhərində yerləşən “Təfəkkür” uşaq bağcasında olmuşdular. Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Ş.Binnətova ilə birgə məşğələlərdə iştrak edib, müşahidələr aparmışlar. Məşğələlər dinlənilmiş və təhlillər aparılmışdır. Uşaq bağcasının rəhbərliyi tərəfindən məşğələlərin dinlənilməsi üçün zəruri şərait yaradılmışdır. Tələbələrimiz körpələrlə xoş

Daha ətraflı

“Voleybol-topun oyuna daxil edilməsi” mövzusunda açıq dərs keçirildi

28.11.2022-ci il tarixində Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Mətanət Rzayevanın Məktəbəqədər təhsil ixtisasının III kursunda “Uşaq bağçasında fiziki tərbiyə” fənnindən “Voleybol-topun oyuna daxil edilməsi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan dos. Z.Hüseynzadə, dekan müavini İ.Haqverdiyev, kafedra müdiri Ş.Qazaxova, b/m A.Məmmədova, b/m T.Əliyev.

Psixoloq, pedaqoq və təhsil işçilərinin inkişaf forumu keçirilmişdir

26 noyabr 2022-ci ildə Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Gəncə disleksiya mərkəzi və GDU-nun Psixologiya kafedrasının birgə əməkdaşlığı ilə “Psixoloq, pedaqoq və təhsil işçilərinin inkişaf forumu” keçirilmişdir. Forumda mərkəz Bakıdan, eləcə də Türkiyədən dəvət olunan təlimçilər biri-birindən maraqlı və aktual mövzularla çıxış etmişlər. Keçirilmiş forumda Psixologiya kafedrasının əməkdaşları, eləcə də Pedaqoji fakültənin “Psixologiya” və “Təhsildə

Daha ətraflı

“LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzi”ndə sosial-psixoloji mövzularla bağlı təlim keçirilmişdir

25 noyabr 2022-ci ildə GDU-nun Psixologiya kafedrasının təşəbbüsü ilə Pedaqoji fakültənin “Psixologiya” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarının tələbələrinin iştrakı ilə “LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzi”ndə sosial-psixoloji mövzularla bağlı təlim keçirilmişdir. Keçirilən təlim tələbə gənclərimizin böyük marağına səbəb olmuş, nəticə olaraq fəal tələbələrimiz sözü gedən mərkəzdə işləmək üçün dəvətlər də almışlar.

“Psixoanalizdə hipnoz və təlqin problemləri” mövzusunda açıq dərs keçirildi

25.11.2022-ci il tarixində Psixologiya kafedrasının baş müəllimi Pərvanə MəmmədovanınTSPX III kursunda Psixoanaliz fənninin “Psixoanalizdə hipnoz və fərqin problemləri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan müavini İ.Haqverdiyev, Psixologiya kafedrasının müdüri dos.Z.Cavadova, dos.Z.Nəsrullayeva, b/m İ.Məmmədov, b/m A.Babayeva, müəl. H.Verdiyeva, b/lab S.Qurbanova iştak etdilər.