Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxs 01.10.2025-ci il tarixli 5/537 saylı əmrin tələbinə əsasən “Müasir təlim texnologiyalarından istifadəyə dair” problemlə bağlı 27.10.2025-ci il tarixdə “Təhsilin pedaqogikası və metodikası” kafedrasında “Tədris prosesində cari və aralıq qiymətləndirmə, xüsusiyyətləri, tələbyönümlülük və onun nəzərə alınması yolları” mövzusunda təlim keçirildi. Təlimdə kafedranın professor-müəllim, tədris-köməkçi heyyəti və maraqlı tərəfin nümayəndələri, eləcə də “İbtidai sinifdə tədrisin metodikası və metodologiyası” ixtisasının magistrləri və “İbtidai sinif müəllimliyi ixtisası”nın bir qrup tələbələri iştirak edirdilər. Təlim-Təhsilin pedaqogikası və metodikası kafedrasının p.ü.f.d. Şərifova Əsməd Təyar qızı və müəllim Vəfa Oktay qızı Məmmədovanın təqdimatında baş tutdu. Təlimdə müasir ali təhsil sistemində qiymətləndirmənin təkcə nəticənin ölçülməsinə deyil, həm də öyrənməyə dəstək olan mühüm bir proses olduğunu bildirdi. Cari və aralıq qiymətləndirmələr tələbələrin bilik və bacarıqlarının inkişaf dinamikasını izləməyə, təlim prosesində düzəlişlər etməyə və tələbələrin motivasiyasını artırmağa imkan verdiyi bildirildi. Eləcə də “Tələbyönümlü qiymətləndirmə” tələbənin inkişafına və motivasiyasına yönəlmiş tədris mühitini formalaşdırır və müəllim-tələbə əməkdaşlığını gücləndirdiyini, bu baxımdan qiymətləndirmənin tələbyönümlü olması müasir pedaqoji yanaşmaların əsas istiqamətlərindən biri olduğu da qeyd olundu. Qarşıya çıxan çətinliklər, onların həlli yolları, güclü və zəif cəhətləri, tələbə auditoriyasının maraq və tələbatlarının nəzərə alınmasının imkan və yolları geniş müzakirə edildi. İştirakçıların sualları elmi-metodiki cəhətdən izah olundu. Sonda kafedrada növbəti təlimin keçirilmə vaxtı elan olundu, təlimlərin davam etməsi və iştirakçıların könüllülük prinsipi əsasında iştirakına maksimum şərait yaradılması qərara alındı. İştirakçıların fəallığı ilə müşaiyyət olunan təlim uğurlu alındı və qarşıya qoyulan məqsədə nail olmaqla yekunlaşdı.İştirakçıların fəal iştirakı ilə keçən təlim, məqsədə nail olmaqla yekunlaşdı.







