Açıq dərslərin qrafikinə əsasən 30 oktyabr 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Nərgiz Haqverdiyevanın “Əsas musiqi aləti-3” fənnindən “Qammalar. Polifonik əsər və pyeslər üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Salmanova Zəhra Azər qızı ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənildi.
Açıq dərsdə Gəncə Dövlət Universiteti PHŞ-in “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva, “Pedaqoji” fakültəsinin Tədris işləri üzrə dekan müavini, “Təhsilin pedaqogikası və metodikası” kafedrasının dosenti Günay Kazımova, GDU-nun Təhlükəsizlik Xidmətinin rəisi Xaqani Umudov, “Bədən tərbiyəsi və idman” kafedrasının baş müəllimi İlqar Haqveridyev, “Musiqi fənləri” kafedrasının baş müəllimləri p.ü.f.d. Qəsirə Məmmədova, Mehriban Hacıyeva, Gültəkin Məhərrəmova, Sevil Şabanova iştirak etdilər.



