Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxs 01.10.2025-ci il tarixli 5/537 saylı əmrin tələbinə əsasən “Müasir təlim texnologiyalarından istifadəyə dair” problemlə bağlı 29.10.2025-ci il tarixdə “Təhsilin pedaqogikası və metodikası” kafedrasında “Təlim mərhələləri və müəllim bacarıqlarının rolu. Motivasiya, müəllim səriştəsinin gücləndirilməsinin üsul və vasitələri” mövzusunda təlim keçirildi. Təlimdə kafedranın professor-müəllim, tədris-köməkçi heyyəti və maraqlı tərəfin nümayəndələri iştirak edirdilər. Təlim-Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Bayram Fəti oğlu Apoyevin və müəllim Günel Həsənəli qızı Aslanovanın təqdimatında baş tutdu. Təlimin məqsədinin Müəllimlərin təlim mərhələləri haqqında anlayışını dərinləşdirməkdən; Müəllim bacarıqlarının təlim prosesindəki əhəmiyyətini və rolunu vurğulamaqdan, Motivasiyanın müəllimlərin peşəkar səriştəsinin artırılmasındakı yerini və metodlarını öyrətməkdən; Təlim və motivasiya vasitələrinin effektiv tətbiqini təmin etməkdən və s. ibarət olunduğu vurğulandı.Təlimçilər, interaktiv metodların ( debat, beyin həmləsi, test tapşırıqları, klasster və s.) qarşılıqlı əlaqəsindən və müvafiq rəqəmsal resurslardan istifadə edərək dinləyicilərin fəallığının təmin edilməsinə və məqsədə nail olmaqla yekunlaşdı.





