“Azərbaycan güləşçilərinin olimpiya oyunlarındakı qələbələri” mövzusunda açıq dərs

29 oktyabr 2025-c i il tarixində Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Rüstəmzadə Ayəd Rüstəm oğlunun Fiziki tərbiyə və Gənclərin Çağırışaqədərki hazırlıq ixtisasının IV kurs tələbələri ilə “Azərbaycan güləşçilərinin olimpiya oyunlarındakı qələbələri” mövzusunda açıq dərs keçirmişdir.

Müəllim tələbələrə Azərbaycanın görkəmli pəhlivanları haqqında geniş məlumat verdi. Olimpiyadalarda uğur qazanmış güləşçilərin keçdiyi yolu , çətinlikləri və əzimkarlıqları haqqında danışdı.

Açıq dərsdə Bədən tərbiyəsi və  idman kafedrasının müdiri Urfan Cabbarov, kafedranın baş müəllimi İlqar Haqveridyev, baş   müəllim Əliyev Tofiq, baş müəllim Rzayeva Mətanət iştirak etdilər.