03.04.2025-ci il tarixində Pedaqoji fakültə və Fizika texniki fənnlər fakültəsi birliktə “8 Noyabr-Zəfərin səsi ” adlı tədbir keçirdilər. Tədbirdə hər iki fakültənin professor-müəllim heyəti və tələbələri iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva çıxış sözü ilə açıq elan etdi. Daha sonra Fizika və texniki fənnlər fakültəsinin dekanı professor Muğan Quliyev çıxış etdi. Çıxışlardan sonra tələbələrin təşkil etdiyi xor , rəqs, mahnı , piano ifası və digər çıxışlarla davam etdirildi. Tədbirin sonunda iştirakçılar birlikdə “Yaşa Azərbaycan” mahnısını oxudular









