31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibətilə “Gəncə SOS Uşaq Kəndi”nin  Uşaq xoru konsert proqramı ilə çıxış etmişdir

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibətilə 21 dekabr 2022-ci il tarixində Gəncə Dövlət Kukla Teatrının səhnəsində “Gəncə SOS Uşaq Kəndi”nin  Uşaq xoru  Gəncə Dövlət Universitetinin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrinin iştirakı ilə hazırlanan konsert proqramı ilə uğurla çıxış etmişdir. 

ELMİ ŞURA

21 dekabr 2022-ci il  tarixində Pedaqoji fakültədə Elmi şura keçirilmişdir. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur: Payız-imtakah sessiyasına hazırlıq tədbirləri – dos. Z.R.Hüseynzadə Buraxılış işlərinin icra vəziyyəti – kafedra müdirləri 2022-ci il üçün elmi-tədqiqat işlərinin yekunu – kafedra müdirləri Müsabiqə üzrə müəllim seçkisi – b/m İ.Haqverdiyev Cari məsələ: Müəyyən səbəbdən Yekun Dövlət Attestasiyasında iştrak etməyən

Daha ətraflı

İmtahan sessiyasına saylı günlər qalıb

İmtahan sessiyasına saylı günlər qalıb. Bunu nəzərə alaraq Bədən tərbiyəsi və idman kafedrası fakültə ilə birgə qabiliyyət imtahanlarının məsləhət saatlarını qrafikə uyğun qururlar. Məşqçilik ixtisasının I kurs tələbələri Gimnastika və OTM fənnindən nəzarət normativlərinin siyahısında olan paralel qollarda və idman keçisində hərəkətləri icra edirlər, müəllim Hüseynova Elnarə tərəfindən lazımi məsləhətlər alırlar. Kafedranın baş müəllimi İlham

Daha ətraflı

“Polifonik əsər və etüdün bədii ifası üzərində iş” mövzusunda açıq dərs dinlənilmişd

20 dekabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedarsının müəllimi Ülviyyə Elbrus qızı Quliyevanın “Əsa musiqi aləti-3” fənnindən “Polifonik əsər və etüdün bədii ifası üzərində iş” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Səbinə Mübariz qızı Məlikova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

Bədən tərbiyəsi və idman kafedrasında məsləhət saatları başladı

2022-2023-ci tədris ilinin payız sesiyasına hazırlıq tədbirləri çərçivəsində Bədən tərbiyəsi və idman kafedrasında qabiliyyət imtahanına düşən fənlərdən qrafik üzrə məsləhət saatları başlamışdır. Məşqçilik ixtisasının I kurslarında Seçmə idman növlərinin nəzəriyyəsi və tədrisi metodikası fənnin Boks bölməsində baş müəllim Tofiq Əliyevin rəhbərliyi ilə məsləhət saatı keçirilir.

“Motoatıcı manqanın yürüş, döyüş nizamı və idarəedilməsi” mövzusunda açıq dərs keçirildi

14.12.2022-ci il tarixində Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müəllimi Sərxan Məmmədov Məşqçilik ixtisasının III kursunda Azərbaycanda Ordu quruculuğunun əsasları fəninndən “Motoatıcı manqanın yürüş, döyüş nizamı və idarəedilməsi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan dos. Z.Hüseynzadə, kafedra müdiri dos.N.Nəbiyev, dekan müavini b/m İ.Haqverdiyev, b/m F.Hüseynzadə, müəl. Z.Ələkbərova iştrak etmişdilər.

“İnstrumental və vokal müşayiət üzərində iş. Ansambl” mövzusunda açıq dərs dinlənilmişdir

13 dekabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Səidə Zahid qızı Həsənovanın “Konsertmeyster sinfi və ansambl” fənnindən “İnstrumental və vokal müşayiət üzərində iş. Ansambl” mövzusunda Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Günel Cəmşid qızı Namazova ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir.

“Musiqi fənləri” kafedrasında TEC xətti ilə “Fikrət Əmirovun musiqi dünyası” mövzusunda tələbə elmi-praktik konfransı keçirilmişdir

09 dekabr 2022-ci il tarixində “Musiqi fənləri” kafedrasında TEC xətti ilə “Fikrət Əmirovun musiqi dünyası” mövzusunda tələbə elmi-praktik konfransı keçirilmişdir.Konfransda “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrin F.Əmirovun yaradıcılığına həsr olunmuş mövzularda elmi məruzələri dinlənilmiş, slaydlar nümayiş etdirilmiş, bəstəkarın müxtəlif janrlarda bəstələdiyi əsərlər tələbələrin ifasında səsləndirilmişdir.Gəncə Dövlət Universitetinin “Gəncə SOS Uşaq kəndi” ilə əməkdaşlığının nəticəsi olaraq, “Musiqi

Daha ətraflı

Beynəlxalq elmi-praktik konfranslarda müəllimlərin iştirakı genişlənir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə 6-7 dekabr 2022-ci ildə keçiriləcək “Multikultural sahədə ənənəvi və klassik dəyərlər” mövzusunda Beynəlxalq                         elmi-praktik konfransın materiallarına “Musiqi fənləri” kafedrasının əməkdaşlarının 6 elmi məruzəsi daxil edilmişdir: Qurbanəliyeva S.F. “Идеи мультикультурализма в современном Азербайджане” Hacıyeva M.Ş. “Q.Qarayevin “Yeddi gözəl” baletində multikultural dəyərlərin təzahürü”

Daha ətraflı

“Güləşçilərə, məşqçilərə və hakimlərə verilmiş fəxri adlar” mövzusunda açıq dərs keçirildi

06.12.2022-ci il tarixdə Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Ayət Rüstəmzadənin Məşqçilik ixtisasının III kursunda “SİN nəzəriyyəsi və metodikası” (güləş bölməsi) fənnindən “Güləşçilərə, məşqçilərə və hakimlərə verilmiş fəxri adlar” mövzusunda açıq dərsi keçirildi. Dərsdə tədrisə nəzarət komissiyasının üzvləri prof. C.İbrahimov, Y.Namazov, fakültə dekanı dos.Z.Hüseynzadə, dekan müavini b/m İ.Haqverdiyev, b/m Sədaqət Bəylərova iştrak etmişdilər.