Gəncə Dövlət Universitetei, Pedaqoji fakültənin, Təhsilin pedaqogikası və metodikası kafedrasının və İbtidai sinif müəllimliyi ixtisasının dördüncü kurs tələbələri ilə universitetimizin tədris baza məktəbi olan Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə praktik xarakterli tədbir keçirildi. Tədbirdə kafedra müdiri dosent Allahverdi İsgəndər oğlu Quliyev, baş müəllim Şərəf Ələddin qızı Əhmədova, müəllim Vəfa Oktay qızı Məmmədova, Təsviri incəsənət və STEAM müəllimi Hüseynova Səmidə Həsən qızı və tələbələrdən Cəvahir Şabanova, Samirə Ellazova, Günel Fərzəliyeva, Səkinə Quliyeva və başqaları da çıxış edərək öz dəyərli və maraqlı fikirlərini bildirdilər. İbtidai sinif müəllimliyi ixtisasının dördüncü kursunda “Təhsil sistemləri və layihələrin idarə olunması” fənninin tədrisində “STEM layihəsi”, “STEAM məktəblərinin əhəmiyyəti” adlı mühazirə və seminar mövzularının Gəncə şəhəri, Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə STEAM otaqlarında Səmidə müəllimənin ətraflı izahı ilə tələbələrimizin nəzəri baxımdan universitetimizdə öyrəndiklərini praktik olaraq əyani şəkildə daha da təkmilləşdirmələrinə nail olundu. Tədbirdə STEAM dərslərinin şagirdlərin və eləcə də gənclərin intellektual inkişafında nə kimi müsbət rol oynadığı vurğulandı. “STEM” ingiliscə “bünövrə” deməkdir. STEAM-Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Böyüklərdən fərqli olaraq uşaqlar daha çox kəşf etməyə meyllidirlər. İbtidai təhsil dövründə uşaqların nələrisə kəşf etmək ehtiyacı daha da artır. Təsadüfi deyil ki, bir çox STEM yönümlü tədris müəssisələrinin şüarı belə olur: “Duyaraq, Görərək, Toxunaraq, Öyrənək”. Bu 4 mərhələ uşaq təfəkkürünün mükəmməl inkişafına zəmin yaradır. STEAM dərslərinə artıq Ümumtəhsil məktəblərinin üçüncü sinfindən tədris olunmağa başlanmışdır. Elə bu məqsədlə də Azərbaycan Respunlikası Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verdi.











