Millət Vəkili və Prorektor Pərvin Kərimzadə tələbələrlə görüşdü

05.11.2025-ci il tarixində Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru, Millət vəkili Pərvin Kərimzadə , tədris departamentinin müdiri Elturan Yusubov və tyutor xidmətinin rəhbəri Rəşad Məmmədov Pedaqoji fakültədə tələbələrlə görüşdü. Tələbələrlə səmimi və maraqlı söhbət keçirildi. Millət vəkili Məşqçilik 3 kurs tələbələri ilə görüşdə şahmat oynadı. Səmimi və maraqlı görüşün sonunda Pərvin müəllimə və tələbələr xatirə şəkli çəkdirdilər.