Növbəti təlim keçirildi

Musiqi fənləri üzrə təlim nəticələrinə uyğun qiymətləndirmə metodlarının seçilməsi üçün müəllimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Musiqi fənləri” kafedrasında təlim keçirilmişdir.Təlimçi “Musiqi fənləri” kafedrasının müdiri professor Sevda Qurbanəliyeva “Musiqi müəllimliyi” təhsil proqramında musiqi fənlərinə aid kompetensiyaları (bacarıqları) vurğulayaraq, dərs prosesində Bloom taksonomiyasının səviyyələrinə uyğunluğunun, tələbəyə gələcək fəaliyyətində lazım ola biləcək musiqi-nəzəri, tarixi, metodiki biliklərin, musiqi ifaçılığı bacarıqlarının aşılanmasının əhəmiyyətini, tələbələrin bilik və bacarıqlarının qiymətləndirən zaman obyektiv yanaşmanın, qiymətləndirmə üsulunun tələbənin biliyinin obyektiv olaraq qiymətləndirməyə uyğun olmasının vacibliyini qeyd etdi.Təlimdə iştirak edən kafedranın akademik heyətinin sualları ətraflı cavablandırıldı.