Musiqi fənnləri

“MUSİQİ FƏNLƏRİ” KAFEDRASI

Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrası 1991-ci ildən pedaqoji fakültənin tabeçiliyində fəaliyyət göstərir.

Kafedraya Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Dissertasiya Şurasının üzvü, sənətşünaslıq elmləri doktoru, professor Sevda Firuddin qızı Qurbanəliyeva rəhbərlik edir.

Kafedrada ali təhsilin bakalavr pilləsində “Musiqi müəllimliyi” (I, II, III, IV k.), “Məktəbəqədər təlim və tərbiyə” (IV k.), “İbtidai sinif müəllimliyi” (III k.) ixtisasları üzrə əyani şöbədə təhsil alan tələbələrə, “Musiqi müəllimiyi” ixtisası “Musiqi fənninin tədrisi me-todikası və metodologiyası” ixtisaslaşması üzrə magistratura səviyyəsində (I, II k.) tələbələrə tədris planlarına müvafiq olaraq musiqi fənləri tədris olunur, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənmsənilməsi təmin edilir.

Kafedrada zəngin iş təcrübəsinə malik müəllimlər çalışır, tələbələr tədris repertuarına daxil olan əsərlərin notları, mühazirə mətnlərinin elektron versiyaları ilə təmin edilir, tədris prosesində müasir təlim metodlardan istifadə olunur, müəllimlər tərəfindən qabaqcıl iş təcrübəsi, yeni tədris texnologiyaları öyrənilir, aktual mövzularda elmi-tədqiqat işləri aparılır, əldə edilən nəticələr təcrübədə tətbiq olunur.

“Musiqi fənləri” kafedrasının tərkibi aşağıdakı kimidir:

Professor-müəllim heyəti:

  1. Qurbanəliyeva Sevda Firuddin qızı   Kafedra müdiri, professor “Musiqi sənəti” ixtisası üzrə sənətşünaslıq doktoru, professor
  2. Abdullayeva Aləmzər Xanlar qızı               Müəllim              
  3. Bayramova Şövkət Ənvər qızı     Müəllim              
  4. Hacıyeva Mehriban Şövkət qızı  Baş müəllim      
  5. Haqverdiyeva Nərgiz Əli qızı       Baş müəllim      
  6. Həsənova Səidə Zahid qızı           Baş müəllim      
  7. Quliyeva Ülviyyə Elburus qızı      Müəllim              
  8. Məmmədova Qəsirə Tofiq qızı   Baş müəllim       “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə fəlsəfə doktoru
  9. Məmmədova Rəşidə Hamlet qızı  Baş müəllim  “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə fəlsəfə doktoru
  10. Məmmədova Feride Füzuli qızı  Müəllim              
  11. Məhərrəmova Gültəkin Sabir qızı             Baş müəllim      
  12. Məhərrəmova Səma Bəşir qızı   Müəllim              
  13. Nəbiyeva Leyla Məzahir qızı        Baş müəllim      
  14. Rəfibəyli Lalə Hakim qızı               Baş müəllim      
  15. Rüstəmova Sevinc İlham qızı       Baş müəllim       “Musiqi sənəti” ixtisasında sənətşünalıq elm sahəsi üzrə fəlsəfə doktoru
  16. Seyfullayeva Nüşabə Nəriman qızı           Baş müəllim       “Musiqi sənəti” ixtisasında sənətşünalıq elm sahəsi üzrə fəlsəfə doktoru
  17. Şabanova Sevil Ağaəli qızı            Baş müəllim      
  18. Tağıyeva Günay Hafiz qızı             Müəllim              
  19. Əliyev Əli Sahib oğlu                      0,5 ştat əvəzçilik üzrə müəllim  
    1. Tədris-köməkçi heyəti:
  20. Hüseynova Təhminə Akif qızı     Laborant            
  21. Qurbanova Pərvanə Eyvaz qızı   Laborant            
  22. Qurbanova Fidan Rövşən qızı     Laborant            
  23. Kazımova Lalə Vüqar qızı              0,5 ştat əvəzçilik üzrə konsertmeyster  

Kafedrada “Musiqi alətləri” (məsul şəxslər: M.Hacıyeva, S.Həsənova), “Musiqi tarixi, nəzəriyyəsi və musiqinin tədrisi metodikası” (məsul şəxslər: N.Seyfullayeva, L.Rəfibəyli), “Xor-Dirijorluq-Vokal” adlı (məsul şəxslər: G.Tağıyeva, L.Nəbiyeva) metodbölmələr fəaliyyət göstərir.

Kafedrada cəmləşən hər bir musiqi fənni üzrə yeni tədris proqramları hazırlanmış, Gəncə Dövlət Universitetinin 18.12.2019-cu il tarixli 5/382 saylı əmri ilə nəşr olunmuşdur.

Kafedranın baş müəllimi Nüşabə Nəriman qızı Seyfullayeva 6213.01-Musiqi sənəti ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktorudur, əvəzşilik üzrə müəllim İradə Mirzə qızı Abdurəhmanova 17.00.02-Musiqi sənəti ixtisasında sənətşünaslıq elmlər namizədidir. Kafedranın iki nəfər müəllimi (baş müəllimlər Qəsirə Tofiq qızı Məmmədova, Rəşidə Hamlet qızı Məmmədova) 13.00.01-Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə fəlsəfə doktorudurlar.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli Sərəncamlarını rəhbər tutaraq kafedrada “Nəsimi və musiqi” mövzusunda elmi, yaradıcılıq işləri aparılmış, həmin mövzuda “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrin iştirakı ilə Universitetin müəllim və tələbələri üçün 2019-cu ildə musiqi lektoriyaları böyük uğurla keçirilmişdir.

Gəncə şəhərində ilk dəfə olaraq 15-16 noyabr 2019-cu il tarixlərində “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi-praktik konfrans kafedranın təşəbbüsü ilə Universitetdə böyük uğurla keçirilmişdir. Konfransda kafedranın əməkdaşları və magistrlər 25 adda məruzə ilə çıxış etmişlər. Gəncə Dövlət Universiteti, Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyası, AMEA-nın Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə təşkil olunan konfrans kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 05 yanvar 2021-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə GDU-nun 18.02.2021-ci il tarixli 5/40 saylı əmrinə əsasən kafedrada 27 aprel 2021-ci il tarixində “Nizami Gəncəvinin musiqi dünyası” mövzusunda online konfrans keçirilmişdir. Konfransda kafedranın professor-müəllim heyətindən 10 nəfər, 2 nəfər magistr elmi məruzələrlə çıxış etmiş, mövzular ətrafında slaydlar nümayiş etdirilmiş, musiqi nümunələri səsləndirilmişdir.

Kafedra Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Gəncə Bölməsi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin uyğun bölmə və kafedraları ilə sıx elmi əlaqələr saxlayır.

Universitetə başqa ali təhsil müəssisələrindən daxil olan dissertasiya və avtoreferatların, tədris proqramlarının kafedrada rəyləndirilməsi təşkil edilir.

2020/2021-ci tədris ilində kafedranın professor-müəllim heyətindən 7 nəfərə – professor S.Qurbanəliyeva, baş müəllimlər N.Seyfullayeva, M.Hacıyeva, S.Həsənova, kafedranın doktorantları baş müəllimlər S.Rüstəmova, L.Rəfibəyli, kafedranın dissertantı, 0,5 ştat üzrə müəllim A.Şixiyevaya beynəlxalq elmi konfranslarda iştiraka görə ümumilikdə 16 sertifikat təqdim olunmuşdur.

2020/2021-ci tədris ilində kafedranın əməkdaşlarının müəllifi olduqları 55 məqalə (bunlardan 17-si xarici ölkələrdə) nəşr olunmuşdur.

Tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə kafedrada bir sıra dərnəklər fəaliyət göstərir: “Xorla oxuma” (rəhbər müəllimlər L.Nəbiyeva, G.Tağıyeva), “Vokal-instrumental ansambl” (rəhbər müəllimlər Ş.Bayramova, A.Abdullayeva), “Tələbə elmi dərnəyi” (rəhbər müəllimlər M.Hacıyeva, S.Rüstəmova). Tələbələrdən ibarət xor kollektivi, “Ozan” folklor ansamblı, “Gəncəm” vokal qrupu, “Şur” vokal-instrumental ansamblı tarixi və bayram günlərinə həsr olunmuş Universitetdə, Gəncə şəhərində keçirilən tədbirlərdə zəngin konsert proqramları ilə uğurla çıxış etmiş, Respublika miqyaslı müsabiqə və festivallarda “Diplom”larla təltif olunmuşlar.

Gənc istedadları üzə çıxarmaq, onların inkişafına qayğı göstərmək və peşəyönümü istiqamətində kafedra məqsədyönlü iş aparır. Universitetdə “Musiqi müəlimliyi” ixtisası üzrə təhsil alan tələbələrin Gəncə şəhərinin ümumtəhsil məktəblərində, mədəniyyət müəssisələrində konsertləri təşkil olunur.

Gəncə şəhərində və ətraf rayonlarda işləyən musiqi müəllimləri, kafedranın məzunları kafedra ilə əməkdaşlıq edir, kafedrada keçirilən tədbirlərdə iştirak edir, onlara lazımi elmi, metodiki köməklik göstərilir.