
CƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ BAŞ MÜƏLLİMİ, PEDAQOGİKA ÜZRƏ FƏLSƏFƏ DOKTORU MƏMMƏDOVA QƏSİRƏ TOFİQ QIZI
Telefon: +994557884403
E-mail: qasira.mammadova@gmail.com
QISA BİOQRAFİK MƏLUMAT
- 15 iyul 1964-cü ildə Azərbaycan Respublikası Gəncə (Kirovabad) şəhərində anadan olmuşdur. Subaydır.
TƏHSİLİ
- 1979-cu ildə Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı ümumtəhsil orta məktəbin Azərbaycan bölməsinin səkkizinci sinfini, 1saylı uşaq musiqi məktəbini fortepiano ixtisası üzrə 7-ci sinfini bitirmişdir.
- 1983-cü ildə Q.Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin fortepiano ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
- 1991-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano ixtisasını (qiyabi) bitirmişdir.
ELMİ DƏRƏCƏSİ VƏ ADLARI
- 2010-cu ildə Azərbayca Dövlət Pedaqoji Universitetində pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün müdafiə etmişdir.
- Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 15.03.2011-ci il tarixli (pr.№ 09-k) qərarı ilə 13.00.01-“Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisasında pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 1983-1986-cı illərdə Naftalan şəhər 7 illik uşaq musiqi məktəbində müəllim vəzifəsində işləmişdir.
- 1986-1991-ci illərdə Q.Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbində konsertmeyster vəzifəsində çalışmışdir.
- 1991-1992-ci ildə Gəncə Dövlət Universitetində stajçı müəllim, 1992-2004-ci illərdə tam ştat üzrə müəllim, 2004-ci ildən hal-hazıradək baş müəllim vəzifəsində işləyir.
TƏDQİQAT SAHƏSİ
- Musiqinin tədrisi metodikası.
ELMİ ƏSƏRLƏRİ
30-dan artıq elmi əsərlərin, o cümlədən metodik vəsaitin, elmi məqalələrin müəllifidir.
- Məmmədova Q. Ümumtəhsil məktəblərinin beşinci sinfində Azərbaycan muğamlarından istifadə etməklə şagirdlərin musiqi tərbiyəsinin inkişafı üzrə işin üsulları. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı. Gəncə, №2, 2021, s. 165-169 (Məqalə).
- Məmmədova Q. Ümumtəhsil məktəblərində dərsdənkənar tədbirlərdə S.S.Prokofyevin opera yaradıcılığından istifadə etməklə şagirdlərin musiqi tərbiyəsinin inkişafı üzrə işin üsulları. // AMEA Gəncə bölməsi, “Xəbərlər məcmuəsi”, “Pedaqoji elmlər” seriyası, 1(4), 2022-ci il, s. 96-101 (Məqalə).
- Məmmədova Q. Qara Qarayevin fortepiano yaradıcılığında uşaq musiqisinin yeri. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı. Gəncə, №3, 2022, s. 273-278 (Məqalə).
- Məmmədova Q. Ulu öndər Heydər Əliyevə həsr olunmuş musiqi əsərlərindən məktəblilərin musiqi tərbiyəsində istifadənin əhəmiyyəti və yolları. // XI “Uluslararası Müzik ve Dans Kongresi”nin (Türkiyə, Kütahya, 26-30 avqust, 2023) materialları. URL: https://www. imdcongress. com/dosya/arsiv/ 2023_2/ozet_kitapcigi.pdf
- Məmmədova Q.T. Sevda İbrahimovanın Azərbaycan xalq musiqi nümunələri əsasında fortepiano işləmələri və onların tədrisi məsələləri. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, №4, 2023 (Məqalə).
Və s.
BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Bir sıra respublika və beynəlxalq elmi konfranslarda müxtəlif mövzularda məruzələrlə çıxış etmişdir (“Национальные образы мира в художественной культуре” (Nalçik), “Gəncənin musiqi mədəniyyətinin tarixi” (Gəncə), XI “Uluslararası Müzik ve Dans Kongresi” (Türkiyə, Kütahya).
DİL BİLGİSİ
- Azərbaycan, rus dilləri (sərbəst).
PARTİYALIĞI
- 1997-ci ildən YAP-ın üzvüdür.