Məhərrəmova Gültəkin Sabir qızı  

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ  BAŞ MÜƏLLİMİ MƏHƏRRƏMOVA GÜLTƏKİN SABİR QIZI

Telefon: +994 505980260

E-mail: maharramovagultekin@gmail.com

              gultekin.maharramova@gdu.edu.az

QISA BİOQRAFİK MƏLUMAT  

  • 24 iyun 1964-cü ildə Azərbaycan Respublikası Kirovabad (Gəncə) şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ailəlidir, 2 övladı var.

TƏHSİLİ

  • 1979-cu ildə M.Füzuli adına 22 saylı ümumtəhsil orta məktəbinin 8-ci sinfini və  5 saylı Uşaq musiqi məktəbinin 7-ci sinfini bitirmişdir.
  • 1983-cü ildə Q.Hüseynli adına  orta ixtisas musiqi məktəbini fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1987-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun  “Mədəni-maarif” fakültəsini (əyani) bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

  • 25.12.1987-25.07.1989-cu illərdə Ukraynanın Kiyev şəhərində 748 saylı məktəbəqədər müəssisədə musiqi rəhbəri, 01.02.1990-14.11.1990-cı ilədək Voroşilovqrad (Luqansk) vilayətinin Krasnıy Luc şəhərində Mərkəzi Mədəniyyət sarayında mədəni-maarif təşkilatçısı vəzifəsində işləmişdir.
  • 06.03.1991-09.02.1994-cü illərdə Gəncə şəhəri Mərkəzi Mədəniyyət evində mədəni-kütləvi təşkilatcı, 01.04.1994-16.04.1996-cı illərdə Q.Hüseynli adına Gəncə Musiqi texnikumunda müşayiətçi, 1993-cü ildən saat hesabı üzrə müəllim işləmişdir.
  • 1996-cı ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki: Gəncə Dövlət Universiteti) “Musiqi fənləri” kafedrasında  stajçı müəllim, daha sonra ştat üzrə müəllim işləyib,  2010-cu ildən hal-hazıradək baş müəllim işləyir.

TƏDQİQAT SAHƏSİ 

  • Musiqinin tədrisi metodikası.

ELMİ ƏSƏRLƏRİ      

20-dən artıq elmi məqalələr və konfrans materiallarının müəllifidir:

  • Məhərrəmova G.S. Vasif Adıgözəlovun xor yaradıcılığı və məktəblilərin musiqi tərbiyəsində ondan istifadənin imkan və yolları. //Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı. Gəncə, №1, 2020, s. 198-203 (Məqalə).
  • Məhərrəmova G.S. D.D.Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti. Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı. //Gəncə, №1, 2021, s.131-134 (Məqalə).
  • Məhərrəmova G.S. Məktəblilərin musiqi tərbiyəsində Azərbaycan bəstəkarlarının fortepiano əsərlərindən istifadənin əhəmiyyəti və yolları. //VIII “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Bakı, 1-3 oktyabr, 2021.
  • Məhərrəmova G.S.  D.D.Şostakoviçin fortepiano yaradıcılığı və məktəblilərin musiqi tərbiyəsində ondan istifadənin imkan və yolları. //Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı.  Gəncə, №2, 2021, s. 159-162 (Məqalə).
  • Məhərrəmova G.S.  D.D.Şostakoviçin simfonik əsərlərindən məktəblilərin musiqi tərbiyəsində istifadənin imkan və yolları. //AMEA Gəncə Bölməsinin “Xəbərlər” məc­muəsi, “Pedaqoji elmlər” seriyası. Gəncə, №1(4), 2022,       s. 84-90 (Məqalə).
  • Məhərrəmova G.S. “Heydər Əliyev Fondunun Azərbaycan musiqi mədəniyyətinin qorunması və inkişafına xidmət edən layihələri”                          //Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 26-27 aprel 2023-cü il tarixlərində keçirilən “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda Respublika elmi-praktik konfransın materialları. Bakı, “Mütərcim”, 2023, s. 134-137.

Və s.

BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

DİL BİLGİSİ

  • Azərbaycan, rus (sərbəst).

PARTİYALIĞI

  • 1997-ci ildən YAP-ın üzvüdür.