
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ BAŞ MÜƏLLİMİ, SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU RÜSTƏMOVA SEVİNC İLHAM QIZI
Telefon: +994 505731473
E-mail: rustamovasevinc5@mail.ru
sevinc.rustamova@gdu.edu.az
QISA BİOQRAFİK MƏLUMAT:
- 30 avqust 1982-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ailəlidir, iki ovladı var.
TƏHSİLİ:
- 1999-cu ildə Gəncə şəhər A.S.Puşkin adına 9 saylı orta məktəbi bitirmişdir.
- 1999-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki: Gəncə Dövlət Universiteti) “Pedaqoji” fakültəsinin “Musiqi təhsili” ixtisasına daxil olub, 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib, həmin ildə magistratura pilləsinin “Musiqişünaslıq” ixtisasına daxil olub, 2005-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
ƏMƏK FƏALİYYƏTİ:
- Gəncə Dövlət Universitetində 2005-ci ildən stajçı-müəllim, 2006-cı ildən tam ştat üzrə müəllim vəzifəsində işləmiş, 2011-ci ildən hal-hazıradək tam ştat üzrə baş müəllim işləyir.
- Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 16.06.2023-cü il tarixli qərarı ilə 6213.01-Musiqi sənəti ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
TƏDQİQAT SAHƏSİ:
- Poeziya və musiqinin qarşılıqlı əlaqələri, Azərbaycan xalq musiqisinin tədqiqi və tədrisi məsələləri.
ELMİ ƏSƏRLƏRİ:
- Rüstəmova S. Məhsəti Gəncəvinin poeziyasında Orta əsrlər dövrünün musiqi mədəniyyətinin tədqiqi // Bakı: “Musiqi dünyası” Beynəlxalq, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi jurnalı, № 4/81, 2019, s.100-103. URL: http://www.musigi-dunya.az/4 2019.pdf (Məqalə).
- Rüstəmova S. Məhsəti Gəncəviyə həsr olunmuş operalar // Bakı: “Musiqi dünyası” Beynəlxalq, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi jurnalı, № 2/83, 2020, s. 80-83 (Məqalə).
- The Azerbaijanian poet Mahsati Ganjavi`s oeuvre and music // Culture of Ukraine. Scientific Journal. Kharkiv: KhSAC, İssue 70, 2020, s.121-129 (Məqalə).
URL: http://www.musigi-dunya.az/pdf/82/2_2020.pdf
- Rüstəmova S. Məhsəti Gəncəvinin poeziyası xor əsərlərində // Bakı: “Musiqi dünyası” Beynəlxalq, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi jurnalı, 2021. №1/86, s. 61-65 (Məqalə).
URL:http://www.musigi-dunya.az/1_2021.pdf
- Rüstəmova S. Məhsəti Gəncəvinin poeziyası Azərbaycan bəstəkarlarının vokal əsərlərində // Bakı: “Sənət Akademiyası” (beynəlxalq elmi-nəzəri jurnal). Bak Xoreoqrafiya Akademiyası, №1 (13), 2021, s. 26-31 (Məqalə).
- Rüstəmova S. Bəstəkar Rizvan Sədirxanovun “Məhsəti Gəncəvinin rübailəri” vokal silsiləsi // Naxçıvan: Axtarışlar, Cild 15, №2, 2021, s. 230-236 (Məqalə).
- Rüstəmova S. “Məhsəti Gəncəvinin yaradıcılıq irsində muğam sənəti” // DOİ-dən istifadə ilə “Musiqi dünyası” Beynəlxalq, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi jurnalı, 2023 (Məqalə).
- Rüstəmova S.İ. “Musiqi sənətində “Xərabat” mövzusuna dair” . // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, 2023, № 4, (Məqalə).
Və s.
BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:
- Respublika və Beynəlxalq elmi konfranslarda müxtəlif mövzularda elmi məruzələrlə çıxış etmişdir (Azərbaycan mədəniyyətində Məhsəti Gəncəvinin şair və musiqiçi kimi rolu. //Beynəlxalq konfransın materialları. İstanbul: Kadir Has University Cibali Conqress Center, 4-7 sentyabr, 2019, s. 228-231; Məhsəti Gəncəvi və Azərbaycan musiqi mədəniyyəti mövzusunun aktuallığına dair // “Gəncənin musiqi mədəniyyətinin tarixi” Respublika konfransının materialları. Gəncə, GDU-nun mətbəəsi, 15-16 noyabr, 2019, s.23-29; Məhsəti Gəncəvi poeziyası Azərbaycan bəstəkarlarının yaradıcılığında // VI “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Türkiyə, Alanya, 30-31 oktyabr, 2020, s.425-431.
URL: https: //www .imdcongress.com/dosya/arsiv/2020/Bildiri_Kitabi.pdf; Məhsəti Gəncəvinin poeziyası bəstəkar Pikə Axundovanın vokal yaradıcılığında // “Bəstəkar və zaman” Respublika konfransının materialları. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, 20-21 aprel, 2021, s.180-190; XII əsr Azərbaycan poeziyasında musiqi // VII “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Türkiyə, Çeşmə, 28-30 may, 2021, s. 470-476; URL: https:// www. imdcongress. com/dosya/arsiv/ 2021_1/Bildiri_ Kitabi.pdf; Məhsəti Gəncəvinin rübailərində musiqi alətlərinin təsviri. // IX “Uluslararası Muzik ve Dans Kongresi”nin materiallarında, Kırğıstan, Bişkek, 20-25 may, 2022, s. 482-490.
URL:https://www.imdcongress.com/dosya/arsiv/2022_1/Kongre_Kitabi.pdf və s.).
DİL BİLGİSİ:
- Azərbaycan, rus (sərbəst), ingilis (lüğətlə).
PARTİYALIĞI:
- 2000-ci ildən YAP-ın üzvüdür.