Nəbiyeva Leyla Məzahir qızı

GƏNCƏ  DÖVLƏT  UNİVERSİTETİNİN  “MUSİQİ FƏNLƏRİ”      KAFEDRASININ BAŞ MÜƏLLİMİ NƏBİYEVA LEYLA MƏZAHİR QIZI

 Telefon: +994 556831661

 E-mail:  nabiyeva.leyla@inbox.ru

                leyla.nabiyeva@gdu.edu.az

 QISA BİOQRAFİK MƏLUMAT

  • 23 fevral  1981-ci ildə Azərbaycan Respublikası Kirovabad (Gəncə) şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ailəlidir, 1 övladı var.

  TƏHSİLİ

  • 1996-cı  ildə  M.Mehdizadə (N.K.Krupskaya)  adına 4 saylı ümumtəhsil məktəbinin rus dili bölbəsinin  9-cu  sinfini və F.Əmirov adına 1 saylı musiqi məktəbini fərqlənmə  diplomu ilə bitirmişdir.
  • 2000-ci  ildə  Q.Hüseyinli  adına  Gəncə   Orta  İxtisas  Musiqi  Texnikumunu  xor-dirijorluq    ixtisası  üzrə  bitirmişdir.
  • 2004-cü  ildə  Ü.Hacıbəyli adına Bakı  Musiqi  Akademiyasının                xor- dirijorluq fakültəsində bakalavr pilləsini (qiyabi) bitirmişdir.
  • 2006-cı  ildə  Ü.Hacıbəyli adına Bakı  Musiqi  Akademiyasının xor- dirijorluq fakültəsində  magistr pilləsini  (qiyabi) fərqlənmə diplomu ilə bitirmişdir.

ƏMƏK  FƏALİYYƏTİ

  • 2000-ci  ildən  Gəncə Humanitar Kollecində “Musiqi müəllimliyi” ixtisası üzrə musiqi müəllimi vəzifəsində işləmişdir.
  • 2008-ci ildən  Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında müəllim,  2023-cü ildən baş müəllim vəzifəsində işləyir.

 TƏDQİQAT  SAHƏSİ

  • Xor sinfi və xor oxumanın tədrisi metodikası.
  • GDU-nun “Musiqi fənləri” kafedrası nəzdində tələbə xor kollektivinin işində yaxından iştirak edir, tələbələrlə konsert proqramları hazırlayır.

   ELMİ ƏSƏRLƏRİ

             20-dən artıq elmi əsərin, tədris proqramlarının müəllifidir.

  • Nəbiyeva L. C.Cahangirovun kantata və oratoriya yaradıcılığının əsas xüsusiyyətləri. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, 2020, №1, s. 215-218 (Məqalə).
  • Nəbiyeva L. Aqşin Əlizadənin  xor yaradıcılığının əsas xüsusiyyətləri.          // VIII “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Bakı, 2021, s. 339-342. URL: https://www. imdcongress.com/ dosya/ arsiv/2021_2/ Bildiri_ Kitabi.pdf
  • Nəbiyeva L. Azərbaycan bəstəkarlarının  xor  əsərlərində Nizami Gəncəvinin   poeziyasının təcəssümü.  // “Azərbaycan incəsənətində Nizami Gəncəvi irsinin təcəssümü” mövzusunda Bakı Xoreoqrafiya Akademiyasında keçirilən Respublika elmi-praktik konfransının materialları,   2022, s. 190-196.  
  • Nəbiyeva L.  A.S.Darqomıjskinin kamera-vokal yaradıcılığı. //Gəncə Dövlət  Universitetinin “Elmi xəbərlər” jurnalı, 2022, №1, s. 231-235. (Məqalə).
  • Nəbiyeva L. Azərbaycan xalq mahnılarının bəstəkarların  xor əsərlərində  təcəssümü. // X “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Türkiyə, Marmaris, 2022, s. 228-233. URL: https://www. imdcongress.com/ dosya/ arsiv/2022_2/ Bildiri_ Kitabi.pdf
  • Набиева Л. Актуальные  вопросы разучивания Азербайджанских

народных песен в школьном хоре. “Pedaqogikanın və psixologiyanın aktual problemləri” (“Актуальные проблемы педагогики и психологии”) mövzusunda keçirilən VIII Beynəlxalq elmi-praktik konfransın materialları. Moskva, 13 aprel, 2023. URL: https:// cloud. mail. ru/ public/ pNDb/ JyjDB7t1U

    Və s.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA

İŞTİRAKI

  • Beynəlxalq və Respublika elmi konfranslarda müxtəlif mövzularda elmi

məruzələrlə çıxış etmişdir (“Gəncənin musiqi mədəniyyətinin tarixi”, VIII, X “Uluslararası Müzik ve Dans Kongresi”, “Nizami Gəncəvinin musiqi dünyası”, “Azərbaycan incəsənətində Nizami Gəncəvi irsinin təcəssümü”, “Актуальные проблемы педагогики и психологии” və s.).

DİL BİLGİSİ

  • Azərbaycan, rus (sərbəst), ingilis (lüğət ilə).

PARTİYALIĞI 2001-ci ildən YAP-ın üzvüdür.