
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ BAŞ MÜƏLİMİ, SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU SEYFULLAYEVA NÜŞABƏ NƏRİMAN QIZI
Telefon: +994507665561
E-mail: seyfullayevanushaba@mail.ru
nusaba.seyfullayeva@gdu.edu.az
QISA BİOQRAFİK MƏLUMAT
- 29 iyun 1961-ci ildə Azərbaycan Respublikası Kirovabad (Gəncə) şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanlıdır. Subaydır.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- 1976-cı ildə Gəncə şəhər N.Krupskaya adına 4 saylı orta məktəbin 8-ci sinfini bitirmişdir.
- 1981-ci ildə Q.Hüseynli adına Gəncə orta-ixtisas musiqi məktəbinin “Fortepiano” şöbəsini bitirmişdir.
- 1991-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu (indiki: Gəncə Dövlət Universiteti) “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə (qiyabi ) bitirmişdir.
- 2016-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin doktorantı olaraq (büdcə hesabına), “Bəstəkar Telman Hacıyev yaradıcılığı milli ənənələr kontekstində” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini vaxtında yekunlaşdıraraq, 2018-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaradılmış F/D 02.151 Dissertasiya Şurasında müvəffəqiyyətlə müdafiə etmişdir. (Elmi rəhbər: Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq doktoru, professor S.F.Qurbanəliyeva).
- Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 11.11.2021-ci il tarixli qərarı ilə N.N.Seyfullayevaya 6213.01-Musiqi sənəti ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 1981-1986-cı illərdə Şəmkir (Şamxor) musiqi məktəbində fortepiano sinfi üzrə müəllim işləmişdir.
- 1986-1995 Göygöl (Xanlar) yeddi illik uşaq məktəbində fortepiano sinfi üzrə müəllim işləmişdir.
- 1995-2008-ci illərdə Gəncə şəhər 3 saylı uşaq musiqi məktəbində fortepiano sinfi üzrə müəllim işləmişdir.
- 2008-2009-cu illərdə Gəncə şəhər 5 saylı uşaq musiqi məktəbində fortepiano sinfi üzrə müəllim işləmişdir.
- Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında 1993-cü ildən saat hesabı, 1996-cı ildən 0,5 ştat əvəzçilik üzrə, 2009-cu ildən ştat üzrə müəllim işləmiş, 2010-cu ildən hal-hazıradək baş müəllim vəzifəsində işləyir.
TƏDQİQAT SAHƏSİ
- Azərbaycan musiqi sənətinin tədqiqi və təbliği, musiqinin tədrisi metodikası.
ELMİ ƏSƏRLƏRİ
40-dan artıq elmi əsərin müəllifidir.
- Qurbanəliyeva S., Rəfibəyli L., Seyfullayeva N. Q.Hüseynlinin yaradıcılığı milli ənənələr kontekstində. Bakı, “Adiloğlu”, 2006, 210 s.
- Qurbanəliyeva S.F., Kərimova V.Ə., Seyfullayeva N.N. “Mirzə Şəfinin nəğmələri” operettası. Bakı, “Elm və təhsil”, 2016, 144 s.
- Seyfullayeva N.N. Telman Hacıyevin mahnı yaradıcılığının səciyyəvi cəhətləri. // “Musiqi dünyası” Beynəlxalq, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi jurnalı, 2016, №4/69, s. 55-57.
- Seyfullayeva N.N. Telman Hacıyevin yaragıcılığının üslub xüsusiyyətlərinin tədqiqi məsələləri. // “Musiqi dünyası” Beynəlxalq, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi jurnalı, 2017, №2/71, s. 46-48.
- Сейфуллаева Н.Н. Изучение творческого стиля композитора Тельмана Гаджиева. // “Поиск” Международный научный журнал-приложение Республики Казахстан, 2017, №3 (1), с. 66-69.
- Seyfullayeva N.N. Telman Hacıyevin mahnı yaradıcılığı-mövzu və üslub xüsusiyyətləri. // Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri (XVI Beynəlxalq elmi-praktik konfrans). Bakı, 2017, s. 173-176.
- Сейфуллаева Н.Н. Национальные истоки музыкального стиля Тельмана Гаджиева. // Научные исследования в сфере гуманитарных наук: открытие ХХI века (Mатериалы V Международной научно-практической конференции), Пятигорск, 2017, с.178-181.
- Seyfullayeva N.N. Issues of use of the national ladder system in the creativity of Azerbaijani composer Telman Hajiyev. // Article International Scientific Journal Theoretical & Applied Science, hitt://T_Science. org, Sektion 18. Culturoloigy, Philadelphiya. USA , 2017, p. 147-149.
- Telman Hacıyev. Lalələr. Fortepiano ilə oxumaq üçün mahnılar. Ön sözün müəllifi və musiqi redaktoru: Nüşabə Nəriman qızı Seyfullayeva. Bakı,”Elm və təhsil”, 2018, 28 s.
- Telman Hacıyev. Mahnılar. Fortepiano ilə oxumaq üçün. Tərtib edəni, ön sözün müəllifi və musiqi redaktoru: Nüşabə Nəriman qızı Seyfullayeva. Bakı, “Elm və təhsil”, 2019, 40 s.
- Seyfullayeva N.N. Telman Hacıyev. Azərbaycan musiqi tarixi. Layihənin rəhbəri və elmi redaktoru akademik Z.Səfərova. Dördüncü cild. Bakı, “Elm”, 2019, s. 204-222.
- Seyfullayeva N.N. Bəstəkar Telman Hacıyevin kamera orkestri üçün “Andante və skertso” əsərinin əsas xüsusiyyətləri. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı. 2022, №1, s. 240-247.
- Сейфуллаева Н.Н. Роль и значение детских песен Азербайджанских композиторов в музыкальном воспитании школьников // “Pedaqogikanın və psixologiyanın aktual problemləri” (“Актуальные проблемы педагогики и психологии”) mövzusunda keçirilən VIII Beynəlxalq elmi-praktik konfransın materialları. Moskva, 13 aprel, 2023, c. 293-299.
Və s.
BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Bir sıra Beynəlxalq və Respublika elmi konfranslarda iştirak etmişdir: (Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri ( XVI Beynəlxalq elmi-praktik konfrans), Bakı, 2017; Научные исследования в сфере гуманитарных наук: открытие ХХI века (V Международнaя научно-практическая конференция), Пятигорск, 2017; “Gəncənin musiqi mədəniyyətinin tarixi” Respublika elmi-praktiki konfrans, Gəncə, 2019; VI ”Uluslararası Müzik və Dans Kongresi”, Türkiyə, Alaniya, 2020; VII ”Uluslararası Müzik və Dans Kongresi”, Türkiyə, Çeşmə, 2021; Bakı Xoreoqrafiya Akademiyasında ”Azərbaycan incəsənətində Nizami Gəncəvi irsinin təcəssümü” mövzusunda elmi konfrans, Bakı, 2021; Pedaqogikanın və psixologiyanın aktual problemləri” (“Актуальные проблемы педагогики и психологии”) VIII Beynəlxalq elmi-praktik konfrans. Moskva, 13 aprel, 2023 və s.).
DİL BİLGİSİ
- Azərbaycan, rus (sərbəst), türk, ingilis (lüğət ilə).
PARTİYALIĞI
- 1997-ci ildən YAP-ın üzvüdür.