Abdullayeva Aləmzər Xanlar qızı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ  MÜƏLLİMİ ABDULLAYEVA ALƏMZƏR XANLAR QIZI

Telefon: +994 505959549

E-mail: alemabdullayeva@mail.ru

              alamzar.abdullayeva@gdu.edu.az

QISA BİOQRAFİK MƏLUMAT  

  • 12 oktyabr 1955-ci ildə Azərbaycan Respublikası Kirovabad (Gəncə) şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ailəlidir, iki övladı var.

TƏHSİLİ

  • 1972-ci  ildə N.K.Krupskaya adına 4 saylı ümumtəhsil orta məktəbin 10-cu sinfini bitirmişdir.
  • 1976-cı ildə Q.Hüseynli adına Kirovabad orta ixtisas musiqi məktəbini “Fortepiano” ixtisası üzrə bitirmişdir.
  • 1987-ci ildə Taqanroq Dövlət Pedaqoji İnstitutunu “Musiqi müəllimi” ixtisası üzrə (qiyabi) bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

  • 1976-cı ildən 1979-cu ilədək Yevlax şəhərində 7 illik musiqi məktəbində fortepiano fənnindən müəllim vəzifəsində işləmişdir.
  • 1979-cu ildən 1990-cı ilədək M.Gəncəvi adına Kirovabad Pedaqoji məktəbində konsertmeyster vəzifəsində işləmişdir.
  • 1990-cı ildən 2020-ci illədək Gəncə Musiqi Kollecində müəllim işləmişdir.
  • 1996-cı ildən Gəncə Dövlət Universitetində 0,5 ştat əvəzçilik üzrə müəllim işləyib, 2020-ci ildən hal-hazıradək tam ştat üzrə müəllim işləyir.

TƏDQİQAT SAHƏSİ 

  • Azərbaycan bəstəkarlarının uşaq mahnılarından məktəblilərin musiqi tərbiyəsində istifadə.
  • GDU-nun “Musiqi fənləri” kafedrası nəzdində tələbə musiqi dərnəklərinin işində yaxından iştirak edir, tələbələrlə konsert proqramları hazırlayır.

ELMİ ƏSƏRLƏRİ

  • Abdullayeva A., Bayramova Ş. Uşaq mahnıları. I cild. Bakı, “Elm və təhsil”, 2022, 28 s.
  • Abdullayeva A., Bayramova Ş. Azərbaycan bölgələrinin mahnılarda tərənnümü. Bakı, “Elm və təhsil”, 2023, 44 s.

DİL BİLGİSİ

  • Azərbaycan, rus (sərbəst), ingilis (lüğət ilə).

PARTİYALIĞI

  • 2012-ci ildən YAP-ın üzvüdür.