Quliyeva Ülviyyə Elburus qızı  

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ MÜƏLLİMİ QULİYEVA ÜLVİYYƏ ELBRUS QIZI

Telefon: +994 556543874

E-mail: ulviyye.quliyeva85@rambler.ru

QISA BİOQRAFİK MƏLUMAT  

  • 5 sentyabr 1985-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ailəlidir, iki övladı var.

TƏHSİLİ

  • 1997-ci ildə Gəncə şəhər Uşaq İncəsənət məktəbini bitirmişdir.
  • 1999-cu ildə Gəncə şəhər 2 saylı orta məktəbi (9 illik) bitirmişdir.
  • 2003-cü ildə Gəncə Musiqi Texnikumunu fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “İnstrumental ifaçılıq” ixtisasını  (əyani) fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “İnstrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodikası” ixtisasının magistr pilləsini (əyani) fərqlənmə diplomu ilə bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

  • 2002-2009-cu illərdə Gəncə şəhər Uşaq İncəsənət məktəbində fortepiano müəllimi vəzifəsində işləmişdir.
  •  2003-2009-cu illərdə Gəncə Musiqi Kollecində 0,5 ştat əvəzçilik üzrə konsertmeyster vəzifəsində işləmişdir.
  • 2014-2019-cu illərdə İçəri şəhər Dövlət Tarixi Memarlıq Qoruq İdarəsində muzey baxıcısı-bələdçi vəzifəsində işləmişdir.
  • 2019-2021-ci illərdə Gəncə Musiqi Kollecində fortepiano müəllimi vəzifəsində işləmişdir.
  •  2019-2021-ci illərdə Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında 0,5 ştat əvəzçilik üzrə konsertmeyster vəzifəsində işləmişdir.
  • 2021-ci ildən hal-hazıradək Gəncə Dövlət Universitetində “Musiqi fənləri” kafedrasında müəllim işləyir.

TƏDQİQAT SAHƏSİ 

  • Musiqinin tədrisi metodikası.
  • Əməkdaşı olduğu GDU-nun “Musiqi fənləri” kafedrasının konsert həyatında yaxından iştirak edir, pianoçu kimi konsertlərdə çıxış edir.

ELMİ ƏSƏRLƏRİ      

10-dan artıq elmi məqalənin  müəllifidir.

  • Quliyeva Ü. Elnarə Dadaşovanın fortepiano yaradıcılığının səciyyəvi

    xüsusiyyətləri. //Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı №1,

    Gəncə, 2022, s. 208-212 (Məqalə).

  • Quliyeva Ü. Fortepiano ifaçılığında texniki məşğələlərin mahiyyəti. //Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı №3, Gəncə, 2022, s.287- 290 (Məqalə).
  • Quliyeva Ü. Azərbaycan musiqi mədəniyyətində görkəmli konsertmeysterlərin yeri. / X “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları, Marmaris, 2022.

URL:https://www.imdcongress.com/dosya/arsiv/2022_2/kongre_kitabi.pdf

  • Quliyeva Ü. Fortepiano ifaçılığında texniki bacarıq və vərdişlərin təkamül tarixindən. // “Azərbaycan sənətşünaslığı Şərq-Qərb dialoqu kontekstində” adlı beynəlxalq elmi-praktiki konfrans materialları. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 17 noyabr, 2023.

Və s.

BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTRAKI

  • Respublika və Beynəlxalq elmi konfranslarında müxtəlif mövzularda elmi məruzələrlə çıxış etmişdir (X “Uluslararası Müzik ve Dans Kongresi”, 2022; “Azərbaycan sənətşünaslığı Şərq-Qərb dialoqu kontekstində” beynəlxalq  elmi-praktiki konfrans,  2023 və s.).

DİL BİLGİSİ

  • Azərbaycan, rus (sərbəst), ingilis (lüğət ilə).

PARTİYALIĞI  

  • 2007-ci ildən YAP-ın üzvüdür.