
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “MUSİQİ FƏNLƏRİ” KAFEDRASININ MÜDİRİ, SƏNƏTŞÜNASLIQ DOKTORU, PROFESSOR QURBANƏLİYEVA SEVDA FİRUDDİN QIZI
Ünvan: AZ-2000, Gəncə şəhəri, M.Bürcəliyev küçəsi,1-ci döngə, ev 4 Telefon:+994 515912929
E-mail: s_qurbanaliyeva@mail.ru
sevda.qurbanaliyeva @gdu.edu.az
QISA BİOQRAFİK MƏLUMAT
- 1960-cı il noyabrın 13-dəAzərbaycan Respublikası, Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanlıdır. Subaydır.
TƏHSİLİ
- 1975-ci ildə Gəncə şəhər M.Qorki adına 1 saylı ümumtəhsil məktəbinin rus dili bölməsinin səkkizinci və 1 saylı uşaq musiqi məktəbinin yeddinci siniflərini fərqlənmə attestatları ilə bitirmişdir.
- 1979-cu ildə Gəncə şəhər Q.Hüseynli adına orta ixtisas musiqi məktəbini fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
- 1984-cü ildə Üzeyir Hacıbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) fortepiano fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.
ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- “Musiqi sənəti” ixtisası üzrə 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
- 1991-ci ildə dosent elmi adı almışdır.
- 1995-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
- 1996-cı ildə professor elmi adı almışdır.
ƏMƏK FƏALİYYƏTİ
- 1984-1990-cı illərdə Gəncə şəhəri Q.Hüseynli adına musiqi texnikumunda müəllim işləmiş, həmçinin ictimai əsaslarla texnikumun gənclər təşkilatına rəhbərlik etmişdir.
- 1984-cü ildən Gəncə Dövlət Universitetində (H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu) elmi-pedaqoji fəaliyyət göstərir: 1984-1990-cı illərdə saat hesabı üzrə, 1990-cı ildən ştat üzrə müəllim işləmişdir, 1991-ci ildə dosent və onun təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılımış “Musiqi fənləri” kafedrasının müdiri, 1996-cı ildə professor vəzifələrinə seçilmişdir. Hal-hazırda həmin kafedraya rəhbərlik edir. Universitet Elmi Şurasının üzvüdür. “Musiqi müəllimliyi” ixtisası üzrə Universitetdə magistratura təhsil səviyyəsində musiqi fənləri üzrə mühazirə və seminar məşğələləri aparır, magistr və doktorantların dissertasiyalarına rəhbərlik edir.
- 1999, 2004, 2009-cu illərdə Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsinə üzv seçilmişdir, topladığı səs çoxluğuna görə 19 yerdən 1999-cu ildə 6-cı, 2004-cü ildə 4-cü, 2009-cu ildə 2-ci yeri tutmuşdur. Bələdiyyədə “Yerli sosial məsələlər” daimi komissiyasının sədri kimi təhsil, mədəniyyət sahəsində, sosial yönümlü layihələri həyata keçirmişdir.
- 2014-2018-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini – Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləmişdir.
- 2010-2022-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü kimi fəaliyyət göstərib.
- Elmi fəaliyyəti musiqi sənətinin tərbiyəvi əhəmiyyətinin, musiqinin tədrisi məsələlərinin, Azərbaycan musiqi sənətinin nəzəri və estetik xüsusiyyətlərinin, Gəncənin musiqi mədəniyyətinin, “Nizami Gəncəvi və Azərbaycan musiqi mədəniyyəti” probleminin tədqiqi ilə bağlıdır.
- 2 fəlsəfə doktoru yetişdirmişdir.
TƏLTİFLƏRİ
- Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 aprel 2009-cu il tarixli 242 nömrəli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə, 27 noyabr 2017-ci il tarixli 3409 nömrəli Sərəncamı ilə Əməkdar müəllim fəxri adı ilə təltif olunmuşdur.
TƏDQİQAT SAHƏSİ
- Ciddi elmi axtarışlarında Gəncənin bəşəriyyətə bəxş etdiyi görkəmli şəxsiyyətlərin – Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Fikrət Əmirovun, Qəmbər Hüseynlinin yaradıcılıq irsini musiqişünaslıq elmi baxımından tədqiq edir, əldə etdiyi elmi nəticələrin təcrübədə tətbiqinə nail olur.
- Ölkəmizdə və xarici ölkələrdə Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş 100-dən artıq elmi əsərin, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin, 40-dan artıq fənn proqramının müəllifidir.
- Azərbaycan musiqişünaslıq elmində “Şair və musiqi” probleminin tədqiqinə həsr olunmuş ilk fundamental elmi-tədqiqat əsərinin (“Nizami Gəncəvi və Azərbaycan musiqi mədəniyyəti”. Bakı, ADPU, 1994, 152 s.) müəllifidir. Respublikamızda və xarici ölkələrdə “Nizami və musiqi” problemi ətrafında onlarla elmi-tədqiqat əsəri nəşr olunmuşdur.
- Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ilk tələbələrindən olan gənc bəstəkar M.İsrafilzadənin 1941-ci ildə yazdığı indiyədək əlyazma şəklində mövcud olan “Hüsnün gözəl” xor əsərini ilk dəfə nəşr etdirmişdir. (“Hüsnün gözəl”. Qarışıq xor ilə fortepiano üçün. Musiqisi Məmmədağa İsrafilzadənin, sözləri Nizami Gəncəvinindir. Ön sözün müəllifi və redaktoru S.Qurbanəliyeva. Bakı, “Elm və təhsil”, 2012, 15 s.).
- Nizami Gəncəvinin sözlərinə yazılan bir sıra musiqi əsərlərini ehtiva edən not məcmuələrinin tərtibçisi və musiqi redaktorudur.
ELMİ ƏSƏRLƏRİ (2019-2024-cü illər)
- Qurbanəliyeva S.F. Ümumi təhsil müəssisələrində Azərbaycan musiqi nümunələrindən istifadə məsələləri. // Gəncə Dövlət Universitetin “Elmi Xəbərlər” jurnalı. Gəncə, 2019, №1, s. 379-382.
- Qurbanəliyeva S.F. Nizami Gəncəvi musiqi haqqında. // “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda Respublika elmi-praktik konfransının materialları. Gəncə, 15-16 noyabr, 2019, s. 9-14.
- Qurbanəliyeva S.F. Nəsimi və musiqi. Gəncə Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalı. Gəncə, 2020, №1, s. 178-181.
- Qurbanəliyeva S.F. Azərbaycan musiqi elmində Nizami Gəncəvinin yaradıcılıq irsinin tədqiqi və təbliği məsələləri. // Gəncə Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalı. Gəncə, 2021, №1, s.115-119.
- Qurbanəliyeva S.F. Nizami Gəncəvinin musiqi dünyası. //YouTube. Elmi məruzə. Gəncə Dövlət Universiteti və İstanbul Universitetinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunus Əmrə” mövzusunda “online panel”. 29 iyun, 2021.
- Qurbanəliyeva S.F. Nizami Gəncəvi irsi musiqi yaradıcılığında. // “Musiqi elmi, mədəniyyəti və təhsilinin aktual problemləri” jurnalı, 2021, №2 (10), s. 24-31.
- Qurbanəliyeva S.F. Nizami Gəncəvinin musiqi dünyasının tədqiqi və təbliği məsələləri. // Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə 30 aprel 2021-ci ildə keçirilən “NİZAMİ VƏ MUSİQİ” beynəlxalq onlayn konfransın materialları. Bakı, 30 aprel, 2021, s. 33-44.
http://www.musicmuseum.az/publications/ABayramova_book03.pdf
- Qurbanəliyeva S.F. Nizami Gəncəvinin poeziyası Azərbaycan bəstəkarlarının romans-qəzəllərində. // VIII “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Azərbaycan, Bakı, 01-03 oktyabr, 2021, s. 536-541.
URL: https://www.imdcongress.com/dosya/arsiv/2021_2/Bildiri_Kitabi.pdf
- Qurbanəliyeva S.F. Nizami Gəncəvi poeziyasının Azərbaycan bəstəkarlarının vokal əsərlərində təcəssümü. Monoqrafiya. Bakı, Elm və təhsil, 2021, 264 s.
- Qurbanəliyeva S.F. Məktəblilərin musiqi tərbiyəsində gözlənilməsi vacib olan tələblər. // Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, 2022, №1, s. 185-257.
- Qurbanəliyeva S.F. Multikulturalizmin Azərbaycan modeli: tarix və müasirlik. / Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə “Ənənəvi və klassik dəyərlər multikultural mühitdə” mövzusunda 6-7 dekabr 2022-ci ildə keçirilən Beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, 6-7 dekabr 2022, s.209-215.
URL:https://www.musicacademy.edu.az/az/kheberler/konfranslar/3204-konfranslar-6-7dekabr-2022
- Qurbanəliyeva S.F. “Актуальные вопросы подготовки музыкально-
педагогических кадров: опыт и перспективы” / Moskva Dövlət Mədəniyyət İnstitutu, M.Utemisov adına Qərbi-Qazaxıstan Dövlət Universiteti və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Pedaqogikanın və psixologiyanın aktual problemləri” (“Актуальные проблемы педагогики и психологии”) mövzusunda keçirilən VIII Beynəlxalq elmi-praktik konfransın materialları (Moskva, 13 aprel, 2023, c. 53-59).
- Qurbanəliyeva S.F. Ulu öndər Heydər Əliyev və Gəncənin musiqi mədəniyyəti. // Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 26-27 aprel 2023-cü il tarixlərində keçirilən “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda Respublika elmi-praktik konfransının materialları. Bakı, Mütərcim, 2023, s. 111-116.
- Qurbanəliyeva S.F. Ulu Öndərin milli-mədəni intibah amalı və Gəncənin musiqi mədəniyyəti. // “Ümummilli lider Heydər Əliyev və Gəncə” mövzusunda AMEA-nın Gəncə Bölməsində keçirilən Respublika elmi konfransın materialları. Gəncə, 4-5 may, 2023, s. 9-22.
- Qurbanəliyeva S.F. Mirzə Şəfi Vazehin poeziyasının xarici ölkə bəstəkarlarının vokal əsərlərində təcəssümü. // Mirzə Şəfi Vazehin 230 illik yubileyinə həsr olunmuş “Mirzə Şəfi Vazeh və dünya ədəbiyyatı” mövzusunda AMEA-nın Gəncə Bölməsində keçirilən Respublika elmi-nəzəri konfransın materialları. Gəncə, 12 iyun, 2024, s. 69-74.
- 40-dan artıq fənn proqramının həmmüəllifidir.
Xarici dillərdə:
- Qurbanəliyeva S.F. Nizami Gəncəvinin əsərlərində incəsənət (rus dilində). // AMEA-nın Memarlıq və İncəsənət İnstutiti. “Müqayisəli sənətşünaslıq” toplusu. Bakı, “Avropa”, 2020, s. 44-52.
- Gurbanalieva S.F. Innovative research of some basic features of multiculturalism as the factor of humanitarization of education. International scientific journal Theoretical and Apllied Sciences. USA: Philadelphia, vol. 12, issue 92, p. 78-82. Impact factor: 8.997 (2020 year).
- Gurbanalieva S.F. From the history of culture of the Azerbaijan Democratic Republic. İmpact Factor: International Scientific Journal. Amerika. Theoretical & Applied Science, 2021, №02 (94), p. 139-141.
- Qurbanəliyeva S.F. Nizami Gəncəvinin poetik irsi Azərbaycan musiqi sənətinin öyrənilməsində dəyərli mənbə kimi. // VI “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Türkiyə, Alanya, 30-31 oktyabr, 2020, s.10-17.
URL: https: //www .imdcongress.com/dosya/arsiv/2020/Bildiri_Kitabi.pdf
- Qurbanəliyeva S.F. Nizami Gəncəvinin poeziyası Azərbaycan bəstəkarlarının yaradıcılığında. //VII “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Türkiyə, Çeşmə, 28-30 may, 2021, s. 469-471.
URL: https://www.imdcongress.com/dosya/arsiv/2021_1/Bildiri_Kitabi.pdf
- Бадалбейли А.Б. Низами о музыке и в музыке (неопубликованная статья). Редакция и подготовка к печати: Л.Ш.Гусейнова, С.Ф.Курбаналиева. Баку, “Елм и тахсил”, 2021, 36 s.
- Qurbanəliyeva S.F. Bəstəkar Elnarə Dadaşovanın vokal yaradıcılığında
Nizami Gəncəvinin poeziyasının təcəssümü. // IX “Uluslararası Müzik ve Dans Kongresi”nin materialları. Qırğızıstan, Bişkek, 20-22 aprel, 2022, s. 408-418.
- Гурбаналиева С.Ф. Творческое наследие Низами Гянджеви как источник изучения истории Азербайджанской музыки. // Azərbaycan Respublikasi Təhsil Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində “Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı, 04-05 noyabr, 2021. “Musiqi dünyası” elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarifçi beynəlxalq musiqi jurnalı. Bakı, 2022, №4/93, s. 36-40.
URL: http://www.musigi-dunya.az
- Гурбаналиева С.Ф Идеи мультикультурализма в современном Азербайджане. // Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə “Ənənəvi və klassik dəyərlər multikultural mühitdə” (“Традиционные и классические ценности в мультикультуральной среде”) mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, 6-7 dekabr, 2022, s. 209-215.
URL:https://www.musicacademy.edu.az/az/kheberler/konfranslar/3204-konfranslar-6-7dekabr-2022
- Гурбаналиева С.Ф. Актуальные вопросы подготовки музыкально-
педагогических кадров: опыт и перспективы. // Актуальные проблемы педагогики и психологии. Сборник статей и тезисов по материалам VIII Международной научно-практической конференции. Москва, 13 апреля 2023 г., c. 53-59.
- урбаналиева С.Ф. Воплощение лирики Низами Гянджеви в хоре Гара Гараева “Осень”. // Colloquium-journal. ISSN 2520-6990, №4 (197), 2024, p. 11-15.
PARTİYALIĞI
- 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
- 2007-2011-ci illərdə Gəncə Dövlət Universitetində YAP Qadınlar Şurasının sədri kimi fəaliyyət göstərib.