Category Archives: Kateqoriyasız

Təhsil Proqramlarının Özünüqiymətləndirmə Hesabatı üzrə Komissiya İclası Keçirildi

Fakültədə Rektorluğun 19.01.2026-cı il tarixli 5/29 saylı əmrinə əsasən Təhsil Proqramlarının illik özünüqiymətləndirmə hesabatının hazırlanması məqsədilə komissiyanın iclası keçirilmişdir.İclası giriş sözü ilə açan Z. Hüseynzadə komissiya üzvlərinə fəaliyyətlərində uğurlar arzulamışdır. Daha sonra komissiyanın sədri, dekan müavini İ. Haqverdiyev çıxış edərək komissiyanın əsas məqsəd və vəzifələrini üzvlərin diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, əsas məqsəd təhsil proqramlarının müasir

Daha ətraflı

Orta məktəbdə Novruz şənliyi təşkil olunmuşdur

Gəncə Dövlət Universitetinin Musiqi müəllimliyi ixtisası üzrə IV kurs tələbələri, Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin birgə təşkil etdiyi “Yurdumuza bahar gəlir” adlı musiqili- əyləncəli Novruz şənliyi tədbir təşkil olunmuşdur.    Tədbir Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Musiqi fənləri kafedrasının müdiri, prof. Sevda Qurbanəliyeva rəhbərliyi və təşkilatçılığı

Daha ətraflı

Bayram tədbirləri davam edir

“Musiqi müəllimliyi” ixtisası üzrə pedaqoji fakültənin IV kurs tələbələri  Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin “6b” sinfində 17 mart 2026-cı il tarixində təşkil etdikləri  musiqili-əyləncəli tədbir  milli-mənəvi dəyərlərə hörmət və məhəbbət ruhunda keçirildi. Təcrübəçi tələbələrin və məktəb şagirdlərinin ifasında bir-birindən maraqlı rəqs nömrələri, mahnılar, “Keçəl, Kosa və Bahar qız” səhnəciyi, baharın gəlişinə,

Daha ətraflı

İlaxır çərşənbə – baharın müjdəçisi

Novruz bayramından əvvəl xalqımız Boz ay boyunca dörd çərşənbəni qeyd edir. Bu çərşənbələr təbiətin tədricən oyanmasını göstərir.Birinci – Su çərşənbəsində suyun təzələndiyinə inanılır. İkinci – Od çərşənbəsi istiliyin və həyatın başlanğıcını simvolizə edir. Üçüncü – Yel çərşənbəsində əsən küləklərin təbiəti oyatdığı düşünülür.Dördüncü – Torpaq çərşənbəsində isə torpaq canlanır, bitkilər cücərir və baharın gəldiyi hiss olunur.İlaxır

Daha ətraflı

“Pedaqoji peşənin yaradıcı xarakteri” mövzusunda seminar məşğələ

Təhsilin pedaqogikası və metodikası kafedrasının II kurs magistrantı Yusubova Pərvanə Eldəniz qızı növbəti seminar məşğələsini keçirib. Təhsildə sosial-psixoloji xidmət ixtisasının 3² qrup tələbələri ilə” Pedaqoji etika və ustalıq” fənni üzrə baş tutan dərs “Pedaqoji peşənin yaradıcı xarakteri” mövzusuna həsr olunub. İnteraktiv formatda təşkil olunan seminarda müəllimlik sənətinin yaradıcı tərəfləri, pedaqoji takt və ustad müəllim hazırlığının

Daha ətraflı

Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri təcrübə keçdikləri məktəbin təlim-tərbiyə işlərində fəal iştirak edirlər

Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə tədris təcrübəsi keçən pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri  peşəkar təcrübə rəhbərlərinin qayğısı ilə fərdi iş planlarında nəzərdə tutulan işləri uğurla həyata keçirirlər. Təcrübəçi tələbələr sınaq dərslərini yüksək səviyyədə keçirməklə yanaşı, sinifdənxaric musiqi məşğələləri keçir,  musiqili-əyləncəli tədbirlər təşkil edirlər. 16.03.2026-cı il tarixində Novruz

Daha ətraflı

PEDAQOJİ FAKÜLTƏ İLƏ BİRLİKDƏ FİZİKA VƏ TEXNİKİ FƏNLƏR FAKÜLTƏSİ NOVRUZ ŞƏNLİYİ KEÇİRİB

Pedaqoji, Fizika və Texniki fənlər fakültələrinin gənc və fəal tələbələrinin iştirakı ilə Novruz bayramı münasibətilə bayram şənliyi keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd xalqımızın qədim və zəngin adət-ənənələrinin yaşadılması, milli-mənəvi dəyərlərimizin təbliği və tələbələr arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi olmuşdur. Novruz bayramı xalqımızın əsrlər boyu qoruyub saxladığı ən əziz bayramlardan biri kimi baharın gəlişini,

Daha ətraflı

“Gənclərin çağırışaqədərki hazırlığının tədrisi prosesində şəxsiyyət psixikasının öyrədilməsi” mövzusunda açıq dərs

13.03.2026 ci il tarixində Pedaqoji fakültənin Fiziki tərbiyə,çağırışaqədərki hazırlıq və Mülki müdafiə kafedrasının baş müəllimi Mahnur Məmmədovanın “GÇH-hərbi rəhbərin təlim tədris prosesinin  əsas  istiqaməti” fənnindən   “Gənclərin çağırışaqədərki hazırlığının tədrisi prosesində şəxsiyyət psixikasının öyrədilməsi” mövzusunda fakültənin Fiziki tərbiyə və çağırışaqədərki hazırllq müəllimliyi ixtisasının 3 cü  kurs tələbələri ilə açıq dərsi keçirilmişdir. Açıq dərsdə kafedra müdiri

Daha ətraflı

“Ümumi və idman psixologiyasında fəaliyyət psixologiyası” mövzusunda açıq dərs

Psixologiya kafedrasının baş müəllimi  İlham Məmədovun  “Ümumi və idman psixologiyası” fənnindən   “Ümumi və idman psixologiyasında fəaliyyət psixologiyası” mövzusunda Məşqçilik ixtisasının 1 ci  kurs tələbələri ilə açıq dərsi keçirilmişdir. Dərsdə Psixologiya kafedrasının müdiri dos.Z.Cavadova, metodiki şüranın  sədr müavini b/m  İ.Haqverdiyev, tədrisə nəzarət qrupunun üzvü prof.  C.İbrahimov həmin kafedranin digər əməkdaşları iştirak edirdilər.

“Pedaqoji ünsiyyət fənninin predmeti və vəzifələri” mövzusunda açıq dərs

06.03.2026-cı il tarixində Təhsilin pedaqogikası və metodikası kafedrasının magistr tələbəsi Həsənova Göyçək Paşa qızı III kurs İbtidai sinif müəllimliyi ixtisası üzrə “Pedaqoji ünsiyyət” fənnindən “Pedaqoji ünsiyyət fənninin predmeti və vəzifələri” mövzusunda açıq dərsi keçmişdir. Seminar dərsi interaktiv yanaşma əsasında qruplarla iş formasında təşkil edilmiş, tələbələr mövzu üzrə fikir mübadiləsi apararaq müzakirələrdə fəal iştirak etmişlər.Sonda Təhsilin

Daha ətraflı