Gəncə Dövlət Universitetinin Musiqi müəllimliyi ixtisası üzrə IV kurs tələbələri, Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin birgə təşkil etdiyi “Yurdumuza bahar gəlir” adlı musiqili- əyləncəli Novruz şənliyi tədbir təşkil olunmuşdur.
Tədbir Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Musiqi fənləri kafedrasının müdiri, prof. Sevda Qurbanəliyeva rəhbərliyi və təşkilatçılığı ilə Pedaqiji fakültənin professor-müəllim heyəti və təcrübəçi tələbələri, 1 saylı tam orta məktəbin musiqi müəllimləri və şagirdləri iştirak edirdilər.
Bildirib ki, qədim köklərə malik Novruz bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi, yurdumuzun hər bir guşəsində coşqu ilə qeyd olunması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərindəndir və tarixi-milli irsimizə bağlılığımızın parlaq təzahürlərindəndir. Orta məktəbdə keçirilən “Novruz” şənliyi də milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq və gənclərə ötürmək məqsədi daşıyır.
Tədbirdə çərşənbələrimiz haqqında qısa məlumat, Fikrət Əmirovun “Güllür ellər”, Ələkbər Tağıyevin “Mən baharın qızıyam”, Səadət Fərziyevanın “Xoş gəlmisən Novruzum”, “Kos- kosa”, Sevil Fətəliyevanın “Novruz bayramı” və novruz adət-ənənələrinə həsr olunmuş səhnəcikləri, mahnıları təcrübəçi tələbələr və orta məktəb şəgirdləri ilə birlikdə tədbir iştirakçılarına təqdim olunmuşdur.
Tədbirin sonunda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.





