Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə tədris təcrübəsi keçən pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri peşəkar təcrübə rəhbərlərinin qayğısı ilə fərdi iş planlarında nəzərdə tutulan işləri uğurla həyata keçirirlər. Təcrübəçi tələbələr sınaq dərslərini yüksək səviyyədə keçirməklə yanaşı, sinifdənxaric musiqi məşğələləri keçir, musiqili-əyləncəli tədbirlər təşkil edirlər.
16.03.2026-cı il tarixində Novruz bayramı münasibətilə təcrübəçi tələbələrin və ibtidai sinif şagirdlərinin iştirakı ilə hazırlanmış bayram şənliyi yüksək əhval-ruhiyyə şəraitində keçirildi.
Tədbirin sonunda Universitetin “Təcrübə və karyera” şöbəsinin müdiri, dosent C.Qarayev çıxış edərək Novruz bayramı ilə əlaqədar adət-ənənələrinin qorunmasının mühüm əhəmiyyətini vurğuladı, “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyevaya, təcrübə rəhbərləri baş müəllim S.Həsənova və müəllim A.Abdullayevaya, “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələrinə, məktəb rəhbərliyinə və şagirdlərə zəngin məzmunlu tədbirin təşkili üçün minnətdarlığını bildirdi və bayram münasibətilə təbriklərini səsləndirdi.





