Təhsilin pedaqogikası və metodikası kafedrasının II kurs magistrantı Yusubova Pərvanə Eldəniz qızı növbəti seminar məşğələsini keçirib. Təhsildə sosial-psixoloji xidmət ixtisasının 3² qrup tələbələri ilə” Pedaqoji etika və ustalıq” fənni üzrə baş tutan dərs “Pedaqoji peşənin yaradıcı xarakteri” mövzusuna həsr olunub. İnteraktiv formatda təşkil olunan seminarda müəllimlik sənətinin yaradıcı tərəfləri, pedaqoji takt və ustad müəllim hazırlığının əsas meyarları geniş müzakirə edilib.


