“Musiqi müəllimliyi” ixtisası üzrə pedaqoji fakültənin IV kurs tələbələri Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin “6b” sinfində 17 mart 2026-cı il tarixində təşkil etdikləri musiqili-əyləncəli tədbir milli-mənəvi dəyərlərə hörmət və məhəbbət ruhunda keçirildi.
Təcrübəçi tələbələrin və məktəb şagirdlərinin ifasında bir-birindən maraqlı rəqs nömrələri, mahnılar, “Keçəl, Kosa və Bahar qız” səhnəciyi, baharın gəlişinə, Novruz bayramına həsr olunan şeirlər tədbiri yaddaqalan və maraqlı etdi.
Tədbirin sonunda məktəb direktorunun tədris işləri üzrə müavini S.İmamverdiyeva, sinifdənkənar və məktəbdənxaric işlər üzrə müavini N.Məmmədova çıxış edərək bayram təbriklərini səsləndirdilər, təcrübə rəhbərləri “Musiqi fənləri” kafedrasının baş müəllimi S.Həsənova və müəllim A.Abdullayevanın və “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrinin məktəbdəki gündəlik fəaliyyətlərini yüksək dəyərləndirdilər.




