“Pedaqoji ünsiyyət fənninin predmeti və vəzifələri” mövzusunda açıq dərs

06.03.2026-cı il tarixində Təhsilin pedaqogikası və metodikası kafedrasının magistr tələbəsi Həsənova Göyçək Paşa qızı III kurs İbtidai sinif müəllimliyi ixtisası üzrə “Pedaqoji ünsiyyət” fənnindən “Pedaqoji ünsiyyət fənninin predmeti və vəzifələri” mövzusunda açıq dərsi keçmişdir. Seminar dərsi interaktiv yanaşma əsasında qruplarla iş formasında təşkil edilmiş, tələbələr mövzu üzrə fikir mübadiləsi apararaq müzakirələrdə fəal iştirak etmişlər.
Sonda Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dos. A. Quliyev, fənn müəllimi və 2 magistr tələbəsinin iştirakı ilə dərs ətrafında müzakirələr aparılmış, geniş təhlillər edilmiş və tələbənin fəaliyyəti yüksək qiymətləndirilmişdir.