“Gənclərin çağırışaqədərki hazırlığının tədrisi prosesində şəxsiyyət psixikasının öyrədilməsi” mövzusunda açıq dərs

13.03.2026 ci il tarixində Pedaqoji fakültənin Fiziki tərbiyə,çağırışaqədərki hazırlıq və Mülki müdafiə kafedrasının baş müəllimi Mahnur Məmmədovanın “GÇH-hərbi rəhbərin təlim tədris prosesinin  əsas  istiqaməti” fənnindən   “Gənclərin çağırışaqədərki hazırlığının tədrisi prosesində şəxsiyyət psixikasının öyrədilməsi” mövzusunda fakültənin Fiziki tərbiyə və çağırışaqədərki hazırllq müəllimliyi ixtisasının 3 cü  kurs tələbələri ilə açıq dərsi keçirilmişdir. Açıq dərsdə kafedra müdiri Ş.Məmmədov, fakultənin dekan müavini İ.Haqverdiyev, tədrisə nəzarət qrupunun üzvü prof.  C.İbrahimov, kafedra met.qrupun üzvü Z.Ələkbərova və magistratura şöbəsinin 2 -ci  kurs magistri Ə.Lələyev iştirak edirdilər.