Təhsil Proqramlarının Özünüqiymətləndirmə Hesabatı üzrə Komissiya İclası Keçirildi

Fakültədə Rektorluğun 19.01.2026-cı il tarixli 5/29 saylı əmrinə əsasən Təhsil Proqramlarının illik özünüqiymətləndirmə hesabatının hazırlanması məqsədilə komissiyanın iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Z. Hüseynzadə komissiya üzvlərinə fəaliyyətlərində uğurlar arzulamışdır. Daha sonra komissiyanın sədri, dekan müavini İ. Haqverdiyev çıxış edərək komissiyanın əsas məqsəd və vəzifələrini üzvlərin diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, əsas məqsəd təhsil proqramlarının müasir təhsil standartlarına, milli və beynəlxalq tələblərə uyğunluğunu qiymətləndirmək, onların güclü və zəif tərəflərini müəyyən etməkdir.
Eyni zamanda, proqramların təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması, mövcud vəziyyətin təhlili və yoxlamaların aparılması üçün komissiya üzvlərinə konkret tapşırıqlar verilmişdir.