Category Archives: Kateqoriyasız

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir

Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən dörd il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad

Daha ətraflı

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültə əməkdaşları “Novruz 2026” düşərgəsində

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən Nabran qəsəbəsində yerləşən “Təhsil İstirahət Mərkəzi”ndə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin əməkdaşları üçün “Novruz 2026” adlı düşərgə təşkil olunub. Bu düşərgədə GDU əməkdaşlarının iştirakını təmin etdiyinə görə GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq xanıma dərin

Daha ətraflı

“MUSİQİ FƏNLƏRİ” KAFEDRASINDA ELMİ SEMİNAR KEÇİRİLDİ

Seminarı giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək qeyd etdi ki, elmi seminarlar 23 yanvar 2026-cı il tarixli kafedra iclasında təsdiq olunmuş  İş planına uyğun olaraq aktual mövzularda keçirilir. Daha sonra kafedranın baş müəllimi Nərgiz Haqverdiyeva “Konsertmeyster sinfində ansambl vərdişlərinin formalaşdırılması” mövzusunda  elmi məruzə ilə

Daha ətraflı

🕯 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və Naxçıvanda azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmişdir. Bu faciə nəticəsində rəsmi mənbələrə görə 12 minə yaxın soydaşımız amansızcasına qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Hadisələrin şahidlərinin yazdıqları həmin günlərin

Daha ətraflı

Qabaqcıl idman işçilərinə Fəxri Fərmanlar təqdim edilib

5 mart – “Bədən tərbiyəsi və idman işçiləri günü” münasibətilə Universitetin İdman Klubunun sədri, Fəxri bədən tərbiyəsi və idman işçisi Xəqani Umudov çıxış edərək idmançıları və idman sahəsində çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.Qeyd olunmuşdur ki, idman sahəsində əldə edilən nailiyyətlər ölkəmizdə bu sahəyə göstərilən diqqət və qayğının bariz

Daha ətraflı

Novruz bayramı – milli dəyərlərimizin və baharın müjdəçisi

Novruz bayramı münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, hər kəsə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayırıq.Baharın gəlişini, təbiətin oyanışını və həyatın yenilənməsini özündə əks etdirən Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərinin parlaq təcəssümüdür. Əsrlər boyu formalaşaraq günümüzə qədər gəlib çatan bu əziz bayram zəngin adət-ənənələrimiz, yüksək mənəvi dəyərlərimiz və birlik ruhumuzun ifadəsidir.Novruz ərəfəsində qeyd olunan

Daha ətraflı

“Musiqi fənləri” kafedrasında Novruz bayramına həsr olunmuş tədbir yüksək əhval-ruhiyyə şəraitində keçirildi

“Musiqi fənləri” kafedrasında Novruz bayramınahəsr olunmuş tədbir yüksək əhval-ruhiyyə şəraitində keçirildi “Musiqi fənləri” kafedrasında “Gəncə SOS Uşaq Kəndi”nin fidanları, Gəncəşəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin şagirdləri, “Musiqi fənləri”kafedrasının müəllimləri və pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrətələbələri tərəfindən hazırlanan “Novruz bayramı” şənliyi “Balaca səslər, böyük qəlblər”layihəsi çərçivəsində uğurla keçirildi.Tədbiri giriş sözü ilə açan “Musiqi

Daha ətraflı

Gəncə Dövlət Universitetində Novruz bayramı münasibətilə əməkdaşlarla görüş keçirilib

Gəncə Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Novruz bayramı münasibətilə universitet əməkdaşları ilə görüş keçirilmişdir.Görüşdə Komitənin sədri Afaq Qasımova çıxış edərək xalqımızın milli bayramı olan Novruz münasibətilə əməkdaşları universitet rəhbərliyi və öz adından təbrik etmiş, onlara cansağlığı, səadət, işlərində uğurlar, eləcə də xalqımıza əmin-amanlıq arzulamışdır.Daha sonra Novruz bayramı münasibətilə Universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə

Daha ətraflı

“Musiqi fənləri” kafedrasında növbəti təlim keçirildi

“Elmi tədqiqat fəaliyyətinin təlim və tədris prosesinə inteqrasiyası” mövzusunda təlim keçirilib. Təlimçi “Musiqi fənləri” kafedrasının müəllimi G.Tağıyeva mövzu ilə əlaqədar irəli sürdüyü təklifləri hazırladığı slaydlarla, istinad etdiyi elmi mənbələrlə əsaslandıraraq iştirakçılara çatdırdı. Tədbirin sonunda çıxış edən “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva Universitetdə təlimlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayaraq, bildirib ki, belə maarifləndirici tədbirlərin keçirilməsi kafedranın

Daha ətraflı

“Tədqiqat səriştələrinin təkmilləşdirilməsi  və tədqiqat mədəniyyətinin formalaşdırılması” mövzusunda  təlim keçirildi

“Musiqi fənləri” kafedrasında “Tədqiqat səriştələrinin təkmilləşdirilməsi  və tədqiqat mədəniyyətinin formalaşdırılması” mövzusunda təlim keçirilib. Təlimçi professor S.Qurbanəliyevanın  təlimin mövzusu ilə əlaqədar səsləndirdiyi fikirlər, təqdim olunan slaydlar, təlim iştirakçılarının cəlb olunduqları praktik tapşırıqlar, aparılan müzakirələr mövzunun hərtərəfli, əyani şəkildə açıqlanmasına şərait yaratdı. Tədqiqat səriştələrinin təkmilləşdirilməsi və tədqiqat mədəniyyətinin yüksəldilməsi məsələlərinin həlli istiqamətində elmi, təcrübi əhəmiyyətə malik təkliflər

Daha ətraflı