“Musiqi fənləri” kafedrasında növbəti təlim keçirildi

“Elmi tədqiqat fəaliyyətinin təlim və tədris prosesinə inteqrasiyası” mövzusunda təlim keçirilib.

Təlimçi “Musiqi fənləri” kafedrasının müəllimi G.Tağıyeva mövzu ilə əlaqədar irəli sürdüyü təklifləri hazırladığı slaydlarla, istinad etdiyi elmi mənbələrlə əsaslandıraraq iştirakçılara çatdırdı.

Tədbirin sonunda çıxış edən “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva Universitetdə təlimlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayaraq, bildirib ki, belə maarifləndirici tədbirlərin keçirilməsi kafedranın əməkdaşlarının bilik və bacarıqlarının, təhsildə keyfiyyətin artırılmasına xidmət edir.