Seminarı giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva çıxış edərək qeyd etdi ki, elmi seminarlar 23 yanvar 2026-cı il tarixli kafedra iclasında təsdiq olunmuş İş planına uyğun olaraq aktual mövzularda keçirilir.
Daha sonra kafedranın baş müəllimi Nərgiz Haqverdiyeva “Konsertmeyster sinfində ansambl vərdişlərinin formalaşdırılması” mövzusunda elmi məruzə ilə çıxış etdi, mövzu ətrafında slaydlar nümayiş olundu. Elmi seminar iştirakçılarının sualları məruzəçi tərəfindən ətraflı cavablandırıldı.
Mövzu ilə əlaqədar aparılan müzakirələrdə “Musiqi fənləri” kafedrasının akademik heyəti ilə yanaşı “Musiqi müəllimliyi” ixtisası bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan tələbələr fəal iştirak etdilər.


