“Tədqiqat səriştələrinin təkmilləşdirilməsi  və tədqiqat mədəniyyətinin formalaşdırılması” mövzusunda  təlim keçirildi

“Musiqi fənləri” kafedrasında “Tədqiqat səriştələrinin təkmilləşdirilməsi  və tədqiqat mədəniyyətinin formalaşdırılması” mövzusunda təlim keçirilib.

Təlimçi professor S.Qurbanəliyevanın  təlimin mövzusu ilə əlaqədar səsləndirdiyi fikirlər, təqdim olunan slaydlar, təlim iştirakçılarının cəlb olunduqları praktik tapşırıqlar, aparılan müzakirələr mövzunun hərtərəfli, əyani şəkildə açıqlanmasına şərait yaratdı. Tədqiqat səriştələrinin təkmilləşdirilməsi və tədqiqat mədəniyyətinin yüksəldilməsi məsələlərinin həlli istiqamətində elmi, təcrübi əhəmiyyətə malik təkliflər irəli sürüldü.