Gəncə Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Novruz bayramı münasibətilə universitet əməkdaşları ilə görüş keçirilmişdir.
Görüşdə Komitənin sədri Afaq Qasımova çıxış edərək xalqımızın milli bayramı olan Novruz münasibətilə əməkdaşları universitet rəhbərliyi və öz adından təbrik etmiş, onlara cansağlığı, səadət, işlərində uğurlar, eləcə də xalqımıza əmin-amanlıq arzulamışdır.
Daha sonra Novruz bayramı münasibətilə Universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə bir qrup əməkdaşa, o cümlədən Pedaqoji fakültənin əməkdaşlarına bayram hədiyyə kartları təqdim olunmuşdur.
Əməkdaşlar göstərilən diqqət və qayğıya görə universitetin rektoru, professor Yusif Yusibov və Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımovaya minnətdarlıqlarını bildirmişlər.


