5 mart – “Bədən tərbiyəsi və idman işçiləri günü” münasibətilə Universitetin İdman Klubunun sədri, Fəxri bədən tərbiyəsi və idman işçisi Xəqani Umudov çıxış edərək idmançıları və idman sahəsində çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Qeyd olunmuşdur ki, idman sahəsində əldə edilən nailiyyətlər ölkəmizdə bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Gənclərin sağlam ruhda yetişməsi və idmana marağının artırılması istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Tədbirin sonunda idman sahəsində göstərdikləri uğurlara və səmərəli fəaliyyətlərinə görə bir qrup qabaqcıl idman işçisi Universitetin rektoru, professor Y.Yusibovun müvafiq əmrinə əsasən “Fəxri Fərman”la təltif olunmuşdur.
Təltif olunan əməkdaşlar göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə etmiş, gələcəkdə də bu etimadı doğrultmaq üçün səylə çalışacaqlarını bildirmişlər.
Sonda xatirə şəkli çəkdirilmiş və tədbir xoş əhval-ruhiyyə ilə başa çatmışdır.








